• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərpoçt"un gəlir və xərcləri açıqlanıb

"Azərpoçt"un gəlir və xərcləri açıqlanıb
25.01.2024 14:18
2023-cü ildə "Azərpoçt” MMC 72,3 milyon manat gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 10% çoxdur. Bunu "Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev deyib.

"Ötən il "Azərpoçt” MMC-nin xalis mənfəəti 4,6 milyon manat, EBITDA (Earnings Before Interest, Taxes, Depreciation and Amortization (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət)) isə 11.5 milyon manat olub”,- Mustafayev yanvarın 25-də 2023-cü ilin yekunlarına həsr olunmuş brifinqdə qeyd edib.

Onun sözlərinə görə, "Azərpoçt” MMC-nin xərcləri əvvəlki illə müqayisədə 10% artaraq 67,5 milyon manat olub.

"Xərc artımının əsas hissəsi əməkhaqqı xərclərinin payına düşür. Belə ki, ötən ilin əvvəlində minimum əməkhaqqının 17% artımı xərclərin artımına səbəb olub”, - qurum rəsmisi vurğulayıb.
 
Qurum rəsmisi "Azərpoçt”un 2024-cü il üzrə əsas hədəfi yenidən əməkdaşların maddi rifah səviyyəsinin yüksəldilməsi istiqamətində büdcə xərclərində 15%-lik artım nəzərdə tutulduğunu vurğulayıb.

Aygün Mirakif

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol