• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda qızılcaya yoluxma artıb

Gürcüstanda qızılcaya yoluxma  artıb
30.01.2024 16:25
Gürcüstanda qızılcaya yoluxma  artıb. Bu barədə Apa-ya Tbilisidə fəaliyyət göstərən İaşvili Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze mətbuata açıqlamasında deyib.

O, bildirib ki, 2023-cü il ərzində Gürcüstanda qızılcaya 23 yoluxma halı qeydə alınıb, 2024-cü ilin təkcə yanvarında təsdiqlənmiş yoluxma hallarının sayı 16-dır. Yoluxmalardan 14-ü paytaxt Tbilisidə qeydə alınıb və onların əksəriyyəti 20-40 yaş aralığından olanlardır.

Hazırda Azərbaycanda qızılca və Hepatit A virusu üzrə epidemioloji vəziyyət stabildir. Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilir ki, müraciət sayında artım qeydə alınmır.

"Hazırda ölkə ərazisində qızılca və Hepatit A xəstəliyinə qarşı əks-epidemik tədbirlərin aparılması davam etdirilir. Qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar arasında peyvənd işinə nəzarət gücləndirilib, böyük əhali arasında da peyvəndləmə işləri davam etdirilir”,- məlumatda bildirilib.
 
ÜST-ün məlumatında qeyd olunub ki, xəstəliyə yoluxmaların kəskin artması qızılca peyvəndi vurulanların sayının azalması ilə əlaqəlidir. Covid-19 pandemiyası 2020-2022-ci illərdə uşaqların immunizasiya prosesinə mane olub. 1,8 milyon uşağa bu periodda vaksin vurulmadığı təxmin edilir.
 
Aytac Zeynalova


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol