• $
  • €
  • ₽
  • ₺
  • £

Seçkiləri izləmək üçün 86 459 müşahidəçi qeydiyyatdan keçib - Rövzət Qasımov

Seçkiləri izləmək üçün 86 459 müşahidəçi qeydiyyatdan keçib - Rövzət Qasımov
01.02.2024 17:45
Prezident seçkilərini izləmək üçün 86 min 459 müşahidəçi qeydiyyatdan keçib. Bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov deyib.

"Qeydiyyatdan keçmiş müşahidəçilərdən 790 nəfəri beynəlxalq müşahidəçidir. Eyni zamanda 63 beynəlxalq media qurumu, 119 jurnalist qeydiyyatdan keçib”, - Qasımov fevralın 1-i Mərkəzi Seçki Komissiyasının (MSK) keçirilən iclasında qeyd edib.
 
Qasımovun sözlərinə görə, ən geniş beynəlxalq müşahidə missiyasını həyata keçirəcək təşkilatlar 1000-1400 arası seçki məntəqəsində prosesin gedişini müşahidə edib.

" Bir çox Avropa təşkilatlarının tələb etdiyi standart, yəni səsverməni izləmək müddəti 20-25 dəqiqədir. Bununla səsvermə prosesi haqqında fikir formalaşır. Amma bizim veb-kameralar vasitəsilə bütün səsvermə prosesini əvvəldən sonadək izləmək mümkün olacaq", - o əlavə edib.

O seçki məntəqələrində veb-kameraların quraşdırılması prosesinin yekunlaşdığını vurğulayıb.

"Atdığımız ən mühüm addımlardan biri kameraların istiqamətinin təkmilləşdirilməsidir. Səsvermə günü seçicilərə təsir mexanizmi ola biləcək hər hansı halların qarşısını almaq məqsədilə addımlar atılıb. Beləliklə, kameralar heç bir halda səsvermə kabinalarına yönələ bilməz. Əvvəlki seçkilərdə yayılan görüntülərin incələnməsi ilə məlum olub ki, bu cür quraşdırılan kameralar səsvermə keçirilən müəssisələrin təhlükəsizlik kameraları imiş. Veb-kameralara baxışın 30 faizi ölkə hüdudlarından kənardan izlənmələrdir", - o deyib.

MSK sədri Məzahir Pənahov veb-kamera quraşdırılmasında məqsədin insanları güdmək olmadığını bildirib.

"Əsas məsələ odur ki, səsvermə günü heç bir xoşagəlməz hal baş verməsin. Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək. Səsvermə kabinəsinin içərisini çəkmək üçün ən az 10 kamera lazımdır. Guya iddia edirlər ki, insanları güdmək üçün məntəqəyə kamera quraşdırılır. Bu iradlar absurddur, bəhanədir. Veb-kamera qoymaq insanları güdmək deyil", - sədr vurğulayıb.
 
Aygün Mirakif

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol