• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell Qarabağda xidmət mərkəzlərinin sayını artıracaq

Bakcell Qarabağda xidmət mərkəzlərinin sayını artıracaq
06.02.2024 22:42
İnnovativ texnologiyalar sahəsində daim inkişaf edərək yenilikləri abunəçilərinə təqdim edən Bakcell şirkəti Qarabağ bölgəsində öz strateji genişlənmə planlarını elan edib. Belə ki, şirkətdən verilən məlumata əsasən, Bakcell regionda xidmət mərkəzlərinin sayını 10-a çatdıracaq.

"Bu genişlənmənin əsas məqsədi regionda yaşayan vətəndaşlarımız ilə əlaqələrimizi daha da gücləndirmək, onlara ən son innovativ texnologiyaları təqdim etməkdir", — deyə şirkətdən bildirilib.

Bakcell ötən il Qarabağ bölgəsində ən müasir səs texnologiyası olan VoLTE xidmətini və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abunəçilərinin ixtiyarına verib. Həmçinin, regionda baza stansiyalarının sayını 120-dən yuxarıya çatdırıb.

Bakcell zəruri infrastrukturun qurulması istiqamətində, eləcə də ən son texnologiyaların regiona gətirilməsində genişmiqyaslı fəaliyyətini daha da gücləndirəcək.

Həyata keçirilən layihələr NEQSOL Holding-in Azərbaycanın Qarabağ regionunda ümumilikdə 200 mln manatadək sərmayə yatırmaq planlarının bir hissəsidir.

Bakcell şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol