• $
  • €
  • ₽
  • ₺
  • £

“Təhlükəsiz internet” layihəsi Quba və Lənkəran məktəblərində

“Təhlükəsiz internet” layihəsi Quba və Lənkəran məktəblərində
09.02.2024 18:52
"Azercell”in həyata keçirdiyi layihə bölgə əhalisini onlayn təhlükələr haqqında maarifləndirir.

Ölkənin lider mobil operatoru "Azercell”in "Təhlükəsiz internet” layihəsi çərçivəsində regionlarda həm yeniyetmələr, həm də böyüklər üçün maarifləndirici dərslər keçirilir.

 Bu dəfə Quba və Lənkəran məktəbliləri və onların valideynləri onlayn təhdid və təhlükələr barədə, həmçinin onlarla mübarizə yolları haqqında məlumatlar əldə ediblər.

Sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçirilən dərslərdə iştirakçılar aşağıdakı mövzularla tanış olurlar: 

-virtual tanışların yoxlanılması;

-şəxsi məlumatların sosial şəbəkələrdə istifadəsi və qorunması;

-şəxsi məlumatların daxil edilməsini tələb edən müsabiqələrdə iştirakdan imtina;

-şəbəkədə fırıldaqçıları və cinayətkarlarının əsas hiylələri;

-trollinq, kiberbullinq (onlayn qısnama) və ya qeyri-münasib onlayn davranış hallarında kimə və ya hara müraciət etmək

Dərslər "GID CSR Consulting” QHT-nin peşəkar təlimçiləri tərəfindən aparılır. "Təhlükəsiz internet” layihəsində 300-dən çox şagird və 100-dən çox valideynin iştirakı nəzərdə "tutulub.
 
Azercell” 2016-cı ildən mütəmadi olaraq internet təhlükəsizliyi haqqında  maarifləndirici layihələr həyata keçirir. Bu illər ərzində müxtəlif yaşda olan 1500-dən çox internet istifadəçisi bu layihələrdən yararlanıb. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol