• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiya qaydaları dəyişib

Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiya qaydaları dəyişib
13.02.2024 22:24
Azərbaycanda "Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası”nda dəyişikliklər edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, attestasiyanın keçirilməsinin formasından asılı olmayaraq vəzifəli şəxslərə yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarına, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilməli və ya təqdim edilməlidir.

Attestasiya müsahibə, yazılı və ya test imtahanı formasında keçirilə bilər. Test üsulundan istifadə edilməklə keçirilən attestasiya xüsusi proqram təminatı vasitəsilə təşkil edilir. Attestasiya test formasında keçirildikdə vəzifəli şəxsə bu Qaydanın tələblərinə uyğun olaraq 100 sual (25 sual çətin, 30 sual orta, 45 sual sadə olmaqla), yazılı formada keçirildikdə 20 sual (5 sual çətin, 6 sual orta, 9 sual sadə olmaqla) təqdim edilir. Test və yazılı formada təqdim edilmiş sualların cavablandırılması üçün üç saat vaxt müəyyən edilir.

Müsahibə formasında attestasiya hər bir vəzifəli şəxslə fərdi qaydada, vəzifəli şəxsin bilik səviyyəsinin, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsinə yönəldilmiş sualların, tapşırıqların verilməsi, vəzifəli şəxs tərəfindən həmin sualların cavablandırılması və tapşırıqların həll edilməsi yolu ilə keçiriləcək.
Vəzifəli şəxs attestasiyanın keçirilməsində üzrlü səbəbdən iştirak etmədikdə onun attestasiya komissiyasının növbəti iclasında bu Qaydaya uyğun olaraq attestasiyadan keçməsi təmin edilir.

Attestasiya test formasında keçirildikdə attestasiya komissiyası sualların azı 70 %-ini doğru cavablandıran vəzifəli şəxslərə tutduğu vəzifəyə uyğun gəlir, sualların azı 50 %-ini doğru cavablandıran vəzifəli şəxslərə Qaydanın işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir, sualları 50 %-indən aşağı doğru cavablandıran vəzifəli şəxslərə isə tutduğu vəzifəyə uyğun gəlmir qiymətləri verir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol