• $
  • €
  • ₽
  • ₺
  • £

Müşfiqabad məscidi dini icması ləğv edildi

Müşfiqabad məscidi dini icması ləğv edildi
29.05.2020 09:38
Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidi dini icmasının özünü buraxması haqqında müraciətinə Dövlət Komitəsində baxılaraq dini icmanın ləğvi barədə qərar qəbul edilib. Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Qərarı şərh edən Komitənin mətbuat xidməti qeyd etdib ki, 1998-ci ildə qeydiyyatdan keçmiş dini icma 2009-cu ildə “Dini Etiqad Azadlığı haqqında” qanuna edilmiş dəyişikliklərə uyğun olaraq yenidən dövlət qeydiyyatına alınmaq məqsədilə müvafiq sənədlərini Dövlət Komitəsinə təqdim etməyib və bununla da mövcud qanunvericiliyin tələblərini pozub. Dövlət Komitəsi tərəfindən icmada aparılmış hərtərəfli araşdırmalar nəticəsində müəyyən olub ki, bu müddət ərzində dini icma faktiki məscidin idarəetməsindən uzaqlaşdırılıb və məscidin fəaliyyətinə nəzarət dini icmaya aid olmayan şəxslər tərəfindən həyata keçirilir. “Yaranmış durumu qanuni çərçivəyə salmaq məqsədilə, Dövlət Komitəsi tərəfindən dini icmanın üzvləri ilə görüşlər keçirilərək müvafiq müzakirələr aparılıb, icmanın hüquq və vəzifələri haqqında qanunun tələbləri icma üzvlərinə çatdırılıb. Dini icma üzvləri keçirdikləri ümumi yığıncağda icmanın buraxılması və qanunun tələblərinə cavab verən yeni icmanın yaradılması haqqında qərarlarını Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqdimatı ilə birgə Dövlət Komitəsinə göndərmiblər. Dövlət Komitəsində məsələyə baxılaraq icmanın verdiyi qərar təsdiqlənib və dini icmanın dövlət reyestrindən çıxarılması barədə qərar qəbul edilib. Hazırda məsciddə yeni icmanın təsisi ilə əlaqədar təşəbbüs qrupu yaradılıb”. Komitədən həmçinin bildirilib ki, yeni icmanın sənədləri qanunun tələblərinə uyğun olaraq QMİ-nin təqdimatı ilə daxil olduqda onun qeydiyyat məsləsinə baxılacaq. Dövlət Komitəsi sözügedən məscidin fəaliyyətinin qanunvericiliyə uyğun təmin olunması istiqamətində zəruri tədbirləri davam etdirir. Xatırladaq ki, bir müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Müşfiqabad qəsəbə məscidində yoxlamalar aparılması və fəaliyyətində bir sıra qanunsuzluqlar aşkarlanmışdı. Həmçinin Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının iclasında adıçəkilən məsciddə radikal dindarların Suriyaya döyüşlərə cəlb olunduqları ilə bağlı fikirlər səslənmişdi.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol