• $
  • €
  • ₽
  • ₺
  • £

Polis saxta generalı dələduzluğa görə saxlayıb

Polis saxta generalı dələduzluğa görə saxlayıb
20.07.2024 12:48
Özünü general kimi təqdim edərək, vətəndaşların etibarından sui-istifadə ilə dələduzluq əməllərində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, paytaxt sakini, əvvəllər məhkum olunmuş Babazadə Elvin Firudin oğlu özünü ali rütbəli - (general-mayor) əməkdaş kimi təqdim edərək insanların pul vəsaitlərini ələ keçirib.
Cari ilin aprel-may ayları ərzində ayrı-ayrı zərərçəkənlərə müxtəlif vədlər verərək onların ümumilikdə 61700 manatını dələduzluq yolu ilə talayıb.
 
Faktla bağlı Elvin Babazadə barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Onun əməllərindən zərərçəkmiş başqa vətəndaşlar DİN-in 102 Zəng-Mərkəzinə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdəmirdə maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 22:39
Kürdəmirdə maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında
Cəmiyyət 22:27
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında
Şəmkirdə evdə kişi və qadın meyiti tapılıb
Cəmiyyət 21:46
Şəmkirdə evdə kişi və qadın meyiti tapılıb
Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb
Cəmiyyət 19:16
Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb
Cəmiyyət 18:42
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlanıb
Cəmiyyət 17:25
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlanıb
"Blue Residence"də evləri su basıb
Cəmiyyət 17:19
"Blue Residence"də evləri su basıb
Lerikdə 40 min sakinin istifadə etdiyi yolların asfaltlanması təklif olunur
Cəmiyyət 16:58
Lerikdə 40 min sakinin istifadə etdiyi yolların asfaltlanması təklif olunur
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:45
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol