• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda da müvəqqəti sığınacaq yaradıldı

Sumqayıtda da müvəqqəti sığınacaq yaradıldı
29.05.2020 10:55
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən paytaxt Bakı ilə yanaşı, Sumqayıt şəhərində də müvəqqəti sığınacaq təşkil olunub.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sığınacaq Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsi 17 a ünvanında yerləşir. Qeyd edək ki, qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə əlaqədar olaraq ƏƏSMN Bakı şəhərinin müxtəlif yerlərində səyyar sığınacaqlar təşkil edib. Sığınacaqlar Bakının Nərimanov (Şərq bazarının yaxınlığı, Xətai prospekti, 11), Nəsimi (Nəsimi bazarının yaxınlığı, S.Rüstəm küç. 69), Nizami (Xalqlar Dostluğu metrosunun yaxınlığı, Q.Qarayev küç. 118), Xətai (Bakı kinoteatrının qarşısı, Sarayev küç. 20) və Yasamal (Xiyabani küç. 211)  rayonlarında yerləşir. Bütün sığınacaqlar 24 saat ərzində yataqla, 3 dəfə isti yemək və çayla, istiliklə, lazım gəldikdə tibbi xidmətlə təmin olunublar.  Yaşayış yerinə getməkdə, o cümlədən rayondan müvəqqəti olaraq Bakıya gəlmiş və yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər, açıq havada səyyar işləyənlər, faktiki yaşayış yeri uzaqda olanlar, yaşayış və ya gecələmək üçün yeri olmayanlar, yaxud müvəqqəti isinməyə və ilk yardıma ehtiyac duyan vətəndaşlar bu sığınacaqlarda heç bir məhdudiyyət olmadan yerləşdirilir. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol