• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görüldü

“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görüldü
14.11.2024 15:41
Qısa zamanda abunəçilərə altı innovativ məhsul təqdim edən "Bakcell”, reklam və marketinq dünyasının mühüm beynəlxalq müsabiqələrindən biri olan "Felis” tərəfindən "Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb.

Qeyd edək ki, "Bakcell” rebrendinq zamanı "Meta” və "Alphabet” kimi dünyanın aparıcı brendləri ilə işləyən İspaniyanın qlobal konsaltinq şirkəti - "Saffron”la əməkdaşlıq edib.

"Bakcell”in son aylarda abunəçilərə təqdim etdiyi innovativ məhsullar arasında "Star Portfolio”, "Birinci Tarif”, "Bakcell Kart”, "Tarif Məsləhətçisi”, "VoWifi” və "Fiber1” yer alır. Şirkət, həmçinin həyata keçirdiyi sosial layihələri milli qürur fəlsəfəsi altında həyata keçirməklə sektorda lider mövqeyini daha da gücləndirir.
Qeyd edək ki, "Felis Mükafatları" 19 ildir ki, Türkiyədə reklam və marketinq sektorunda innovativ yanaşma və kreativlik baxımından fərqlənən layihələri dəyərləndirir. 2022-ci ildən etibarən bu müsabiqə Azərbaycan üzrə də təşkil edilir.

"Bakcell” haqqında
"Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir. 
"Bakcell” müxtəlif  ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol