• $
  • €
  • ₽
  • ₺
  • £

Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir

Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir
27.11.2024 17:51
Sərfəli təklifləri və davamlı layihələri ilə tanınan "Nar” Azərbaycanda rabitə peşəkarlarını yetişdirmək məqsədilə telekommunikasiya sahəsində təhsil alan tələbələr üçün mütəmadi keçirilən "Mobil Rabitənin Əsasları” davam etdirir. 

Növbəti təlim Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində (ATU) keçirilib. Təlim çərçivəsində tələbələr mobil texnologiyaların inkişafı, GSM şəbəkəsinin quruluşu, Əşyaların İnterneti (IoT), 5G texnologiyaları, mobil rabitə strukturu, simsiz ötürmə şəbəkələri və tezliklərin idarə edilməsi kimi mövzularla tanış olublar. İnteraktiv formatda keçirilən təlimdə tələbələr qruplar halında keçilən mövzular ətrafında müzakirə aparıblar. Təlim Azərbaycan Texnologiya Universitetində təsis edilmiş "Nar” Laboratoriyasında baş tutub. 

Qeyd edək ki, "Nar” Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Texnologiya Universiteti (ATU) ilə əməkdaşlıq edərək telekommunikasiya ixtisası üzrə təhsil alan tələbələrin həm nəzəri, həm də praktiki bilik əldə etmələri üçün mühüm imkanlar yaradır. Bu əməkdaşlıq çərçivəsində hər iki universitetdə yaradılan "Nar” mobil rabitə laboratoriyaları tələbələrə mobil texnologiyalarla işləmək və real şəbəkədə təcrübə qazanmaq fürsəti verir.

"Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol