• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir

Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir
07.12.2024 15:40
Bakıda yerli və qardaş Türkiyədən olan təcrübəli həkim heyətinin iştirakı ilə Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir.Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Konqresin açılış mərasimində Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Müdafiə Nazirliyinin Tibb İdarəsi rəisi vəzifəsini icra edən polkovnik Anar İsmayılov çıxış edərək iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb. Polkovnik A.İsmayılov konqres müddətində aparılan çıxışların həkimlərimizin gələcək fəaliyyətinə müsbət təsir göstərəcəyindən əmin olduğunu bildirib.

Keçirilən konqresin əsas məqsədi revmatoloqların davamlı təhsili, yeni diaqnostik və müalicə üsullarına yiyələnmək, elmi tədqiqatlara dəstək olmaq, eləcə də xarici həmkarlarla elmi-praktik əlaqələrin qurulmasıdır. Bakıda keçirilən konqresin Azərbaycanda revmatologiyanın inkişafına yeni təkan verəcəyi xüsusi vurğulanıb.

Konqresdə "Böyük damar vaskulitləri”, "PAN+DADA-2 sindromu”, "Makrofaq Aktivasiya Sindromu”, "Avaskulyar nekroz”, "Bahçet xəstəliyi, ağırlaşmalar və müalicə prinsipləri” və digər mövzularda çıxışlar dinlənilib, suallar cavablandırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol