• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlayanlar saxlanılıb

Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlayanlar saxlanılıb
14.01.2025 09:23
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aslanov Aqil Göycə oğlu və Azərbaycan vətəndaşı İsmayılov Ceyhun Şahin oğlu saxlanılıblar. Bu barədə qurumun yaydığı məlumatda deyilir.

Məlum olub ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Aqil Aslanov 2024-cü ilin sentyabr ayında üçüncü ölkədə səfərdə olarkən, tanışı vasitəsilə həmin ölkənin xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb və həmin şəxslər Azərbaycanda olan dini icma üzvünün fotoşəkillərini Aqil Aslanova göstərib barəsində məlumat verərək, 200 000 ABŞ dolları müqabilində ona sui-qəsd edilməsini təklif ediblər. Qarşılıqlı razılıq əsasında Aqil Aslanova ilkin olaraq icma üzvü və onun iş yeri barədə zəruri kəşfiyyat məlumatlarının toplanılaraq onlara ötürülməsi tapşırılıb, bunun üçün isə 2 000 ABŞ dolları məbləğində avans təqdim edilib.

Tapşırığın icrası ilə bağlı Bakı şəhərinə gələn Aqil Aslanov maddi maraq müqabilində cinayət əməllərində iştiraka cəlb etdiyi Ceyhun İsmayılovla birgə dini icma üzvü barədə məlumatların toplanılması istiqamətində işlər görüblər, onun yaşayış və iş yerinin məkan göstəricilərini müvafiq mobil telefon tətbiqi vasitəsilə xarici xüsusi xidmət orqanı nümayəndəsinə göndəriblər.  

Faktla əlaqədar DTX-də Cinayət Məcəlləsinin 28, 214.2.1, 274, 276 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə məhkəmə tərəfindən Aqil Aslanov və Ceyhun İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:19
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb
Cəmiyyət 20:37
Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə layihələri müzakirə edib
Cəmiyyət 20:15
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə layihələri müzakirə edib
Qəbələnin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Cəmiyyət 19:36
Qəbələnin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinat olub
Cəmiyyət 19:06
Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinat olub
Azərbaycanda 123 vəkillə bağlı intizam icraatı başlanılıb
Cəmiyyət 18:22
Azərbaycanda 123 vəkillə bağlı intizam icraatı başlanılıb
Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb
Cəmiyyət 18:10
Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb
Azyaşlı qızına qarşı seksual zorakılıq hərəkətlərinə görə ana və sevgilisinə hökm oxunub
Cəmiyyət 17:19
Azyaşlı qızına qarşı seksual zorakılıq hərəkətlərinə görə ana və sevgilisinə hökm oxunub
DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib
Cəmiyyət 17:10
DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox