• $
  • €
  • ₽
  • ₺
  • £

MN: Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

MN: Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
16.01.2025 13:07
Azərbaycanda qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması müşahidə olunur. Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır.

Şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılması, onlara düzgün qidalanma və fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir.

Respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin effektivliyinin təmin edilməsini nəzərə alaraq ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:19
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb
Cəmiyyət 20:37
Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə layihələri müzakirə edib
Cəmiyyət 20:15
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə layihələri müzakirə edib
Qəbələnin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Cəmiyyət 19:36
Qəbələnin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinat olub
Cəmiyyət 19:06
Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinat olub
Azərbaycanda 123 vəkillə bağlı intizam icraatı başlanılıb
Cəmiyyət 18:22
Azərbaycanda 123 vəkillə bağlı intizam icraatı başlanılıb
Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb
Cəmiyyət 18:10
Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb
Azyaşlı qızına qarşı seksual zorakılıq hərəkətlərinə görə ana və sevgilisinə hökm oxunub
Cəmiyyət 17:19
Azyaşlı qızına qarşı seksual zorakılıq hərəkətlərinə görə ana və sevgilisinə hökm oxunub
DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib
Cəmiyyət 17:10
DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox