• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda buğda səpini 15,5% azalıb

Azərbaycanda buğda səpini 15,5% azalıb
16.01.2025 14:03
2024-cü ildə buğda səpin sahəsi ötən illə müqayisədə 15,55 azalaraq 505,5 min hektar ərazini əhatə edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
Ümumilikdə 941,7 min hektar sahədə payızlıq bitkiləri səpilib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
Səpinlərin 505,5 min hektarı buğda, 426,6 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşür.
 
"Ən çox buğda bitkisi Cəlilabad (47,0 min ha), Şamaxı (28,0 min ha), Füzuli (25,2 min ha), Hacıqabul (23,2 min ha), Şəki (21,9 min ha), Ağcabədi (21,0 min ha), İsmayıllı (20,1 min ha) və Qobustan (14,3 min ha) rayonlarında, ən çox arpa bitkisi Şəki (38,1 min ha), Kürdəmir (33,6 min ha), Neftçala (26,6 min ha), Biləsuvar (24,1 min ha), Ağsu (19,6 min ha), Qobustan (14,8 min ha) və Cəlilabad (13,4 min ha) rayonlarında səpilib", - məlumatda deyilir. 
 
Hesabat dövründə buğdanın səpin sahəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,5% azalıb, arpa səpinində isə bu 2,3% artıb. 

Azərbaycanda 2023-cü ildən etibarən 5 il müddətinə taxılın hər tonuna görə 100 manat məbləğində subsidiya müəyyən edilib. 
 
Ümumilikdə, Azərbaycana buğda idxalının 87 faizi Rusiyanın, 13 faizi isə Qazaxıstanın payına düşüb.

2023-cü ildə Azərbaycana buğda idxalı 1 milyon 175,341 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 9,1% azdır.

Hazırda Azərbaycanda buğdaya olan tələbatın 62% yerli istehsal hesabına ödənilir.  Qalan hissə Ukrayna, Rusiya və Qazaxıstandan idxal edilir. 
 

Gülnar Nazimqızı 
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:19
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb
Cəmiyyət 20:37
Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə layihələri müzakirə edib
Cəmiyyət 20:15
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə layihələri müzakirə edib
Qəbələnin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Cəmiyyət 19:36
Qəbələnin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinat olub
Cəmiyyət 19:06
Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinat olub
Azərbaycanda 123 vəkillə bağlı intizam icraatı başlanılıb
Cəmiyyət 18:22
Azərbaycanda 123 vəkillə bağlı intizam icraatı başlanılıb
Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb
Cəmiyyət 18:10
Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb
Azyaşlı qızına qarşı seksual zorakılıq hərəkətlərinə görə ana və sevgilisinə hökm oxunub
Cəmiyyət 17:19
Azyaşlı qızına qarşı seksual zorakılıq hərəkətlərinə görə ana və sevgilisinə hökm oxunub
DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib
Cəmiyyət 17:10
DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox