Bakıda yol qəzası olub, svetofor aşıb

Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb.Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
"Yol-nəqliyyat hadisəsi paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, "Asiman” şadlıq sarayının qarşısında baş verib.Qəza zamanı yeni quraşdırılmış svetofor yararsız vəziyyətə düşüb.
NİİM-in əməkdaşları hadisə yerindədir və yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün qısa zamanda yeni svetoforun quraşdırılması işlərinə başlanılacaq",- məlumatda bildirilib.www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azyaşlı qızına qarşı seksual zorakılıq hərəkətlərinə görə ana və sevgilisinə hökm oxunub























