• $
  • €
  • ₽
  • ₺
  • £

Marketlərdə açıq çörəklərə necə nəzarət olunmalıdır?- Araşdırma

Marketlərdə açıq çörəklərə necə nəzarət olunmalıdır?- Araşdırma
28.01.2025 10:57
Sosial şəbəkədə keçirilən araşdırmaya görə, insanların çoxu bu cür çörəklərin satışından narazıdırlar.
 
Şikayətçi  Əliyar Nuriyev deyir ki, əvvəla mağazalarda piştaxtalara nəzarət edən əlavə işçi olmalıdır.
 
"Sözüm əvvəl ərzaq magazalar;na sonra isə vətəndaşlaradır. Magaza sahibləri ən əsas çörək vitrinlərinə nəzarət etməlidirlər. Çörək üçün əlavə əməkdaş işcəlb olunmalıdır. Əlinə əlcək geyinib, çörəyi elə verməlidirlər, ya da çörəkləri bir-bir kağiz paketin içində saxlmalıdırlar. Neçənci dəfədir ki, çörək götürən zaman məndən qabaq bir qadın çörək yerində 40-a yaxın çörəyi əllədi axırda birini götürdü. Bir müddət qabaq da böyük marketlərin birində məndən qabaq bir kişi əlini orasına burasına vurub, çörəkləri əllədi sonra birini apardı. Şəxsən mən iyrənirəm. Hörmətli vətəndaşlar çörək alanda paketlərdən istifadə edin",- vətəndaş bildirib.
 
Başqa bir şikayətçi Ruslan İmanov marketlərin hamısının belə olduğunu bildirir.
 
"Çörəyə heç kəs nəzarət eləmir. Gigiyenik qaydalara əməl olunmayan hallarla çox rastlaşıram. Demək olar, hər gün rastlaşıram, hər dəfə də marketin menecerinə deyirəm. Bir faydası olmur. Deyən zaman mənə bildirirlər ki, neyləmək olar?  bəzi insanların mədəniyyəti yoxdur-düzəltmək olmur. 99% adam əlinə salafan keçirmir. Bəlkə də biz bilmirik, çörək ora gələnə kimi hansı yollardan keçir",- şikayətçi vurğulayıb.
 
Aytac Zeynalova


www.anews.az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb
Cəmiyyət 20:37
Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə layihələri müzakirə edib
Cəmiyyət 20:15
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə layihələri müzakirə edib
Qəbələnin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Cəmiyyət 19:36
Qəbələnin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinat olub
Cəmiyyət 19:06
Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinat olub
Azərbaycanda 123 vəkillə bağlı intizam icraatı başlanılıb
Cəmiyyət 18:22
Azərbaycanda 123 vəkillə bağlı intizam icraatı başlanılıb
Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb
Cəmiyyət 18:10
Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb
Azyaşlı qızına qarşı seksual zorakılıq hərəkətlərinə görə ana və sevgilisinə hökm oxunub
Cəmiyyət 17:19
Azyaşlı qızına qarşı seksual zorakılıq hərəkətlərinə görə ana və sevgilisinə hökm oxunub
DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib
Cəmiyyət 17:10
DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib
Güclü külək olacaq - xəbərdarlıq
Cəmiyyət 16:57
Güclü külək olacaq - xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox