• $
  • €
  • ₽
  • ₺
  • £

Məzuniyyətdə olan direktor müavinini işdən azad etmək istəyirlər - Bizə "eşşək" deyir/Şikayət/Yenilənib

Məzuniyyətdə olan direktor müavinini işdən azad etmək istəyirlər - Bizə "eşşək" deyir/Şikayət/Yenilənib
19.03.2025 20:44

(Yazıya Abşeron-Xızı Regional Təhsil İdarəsinin mövqeyi, Sumqayıt Şəhər Məhkəməsinin qərarı əsasında təkzib əlavə olunub)

17 mart 15:52

Sumqayıtda 11 nömrəli məktəbin direktor əvəzi Şəhla Bağırovanın həmin məktəbin direktor müavini Vəfa Novruzəliyevanın məzuniyyətdə olduğu halda onu Əmək Məcəlləsinin 70 Ç bəndi ilə işdən azad etməsi ilə bağlı əmr imzaladığı deyilir. Bu barədə anews.az-a həmin məktəbdə çalışan direktor müavini Vəfa Novruzəliyeva şikayət edərək bildirib.

"25 ildir çalışdığım məktəbə Bağırova Şəhla direktor əvəzi gəldiyi gündən mən daxil müəllimləri təhqir edir. Tələb edir ki, məktəbdə davamlı rüşvət yığaq. Müəllimlərə "siz eşşəksiz, mən də eşşəkbaşıyam" deyir. Şəhla Bağırova daha əvvəl  Əmək Məcəlləsinin "70Ç" bəndi ilə işdən çıxarılmasına baxmayaraq, yenə direktor əvəzi vəzifəsindədir. Hazırda öz hesabıma xəstəliklə bağlı məzuniyyətdə olmağıma baxmayaraq, bu gün məktəbdə iclas keçirərək mənim Əmək Məcəlləsinin 70Ç bəndi ilə işdən çıxarılmağımı müzakirəyə çıxarılıb. Direktor mənim işdən çıxarılmağımı tələb etsə də, müəllimlər məni müdafiə edərək bu qərara qarşı çıxıblar", - şikayətçi bildirib. 

Vəfa Novruzəliyevə bildirir ki, onun 25 illik fəaliyyəti dövründə heç bir nöqsanı olmayıb.

"Universiteti qırmızı diplomla bitirmişəm. İndiyə kimi heç bir nöqsanım olmayıb. Sadəcə direktor onun istədiklərini etmirik deyə bizimlə qərəzli davranır. Bundan əvvəl bir neçə müəllimi bu şəkildə işdən xaric edib. Heç kimdən çəkinmir. Həyat yoldaşının iş adamı olduğunu əsas gətirərək ona heç kimin heçnə edə bilməycəyini deyir. İcazəmlə bağlı yazdığım ərizəni də cırıb atıblar. Altıncı gün narahardan sonra məktəbə qayıdaraq uşaqların testlərini yoxlamaq istədiyim halda mühafizə bildirdi ki, direktor ona məni məktəbə buraxmamağı tapşırıb", - müəllim əlavə edib. 

Vəfa Novruzəliyeva deyir ki, Sumqayıt Təhsil İdarəsində sektor müdiri çalışan İman Ağayevə şikayət etməsinə baxmayaraq onun məsələsinə baxılmır və sektor müdiri direktor əvəzi olan Şəhla Bağırovanı müdafiə edir. 

Direktor müavini Vəfa Novruzəliyeva söyləyir ki, müəllimlər sadəcə işini itirməmək üçün sakit qalmağı seçiblər. Əslində isə bütün müəllimlər həmin direktor əvəzi olan Şəhla Bağırovanın hərəkətlərindən yorulublar. 

Novruzəliyeva onu da qeyd edib ki, onun əlində müəllimlərdən rüşvət alması ilə bağlı faktlar da var. Ehtiyac olacağı təqdirdə aiddiyatı üzrə təqdim ediləcək. 

Məsələ ilə bağlı Sumqayıt Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırıldıqdan sonra nəticəsi barəsində məlumat veriləcək. 

Eyni zamanda Sumqayıt 11 nömrəli məktəbin direktor əvəzi Şəhla Bağırova ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verməyib. 

Yazıda məktəb rəhbərliyinin mövqeyini işqlandırmağa hazırıq. 


Abşeron-Xızı Regional Təhsil İdarəsindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt 11 nömrəli məktəbin direktor müavininin işdən azad edilməsi xəbəri doğru deyil.

"Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktor əvəzi Şəhla Bağırova tərəfindən müəllim Vəfa Novruzəliyevanın işdən çıxarılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.Vəfa Novruzəliyeva ilə bağlanmış əmək müqaviləsi qüvvədədir və onun işdən çıxarılması ilə bağlı hər hansı rəsmi qərar mövcud deyil. Vəfa Novruzəliyevanın öz hesabına məzuniyyət götürməsi ilə bağlı sənədləşmə prosesi müvafiq qaydada tənzimlənir Abşeron-Xızı Regional Regional Təhsil İdarəsinə ünvanladığınız müraciətdə qeyd edilən digər iddialar üzrə konkret fakt təqdim olunarsa, dərhal araşdırma aparılacaq və hüquqi addımlar atılacaq",- məlumatda deyilir.

 

Məsələ ilə bağlı Sumqayıt 11 nömrəli məktəbin direktor əvəzi Şəhla Bağırova Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarı ilə həmin məqalədə olan 
təkzib verilməsi öhdəliyi Anews.az müstəqil xəbər saytının üzərinə qoyulub. Anews.az məhkəmə qərarını icra edərək “Siz eşşəksiniz, mən də eşşəkbaşıyam.” adlı məqalədə olan məlumatları təkzib edir. 

Gülnar Nazimqızı 

 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
567 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 16:28
567 nömrəli marşrutun avtobusları yenilənir
Deputat ANAMA əməkdaşları ilə bağlı təklif verib
Cəmiyyət 15:57
Deputat ANAMA əməkdaşları ilə bağlı təklif verib
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 15:28
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxılıb
Cəmiyyət 14:34
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxılıb
"Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib" - Şura
Cəmiyyət 13:55
"Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib" - Şura
Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
Cəmiyyət 12:48
Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
Yevlax sakinləri 25 metrlik yolu keçmək üçün 8-10 kilometr yol qət edirlər
Cəmiyyət 12:07
Yevlax sakinləri 25 metrlik yolu keçmək üçün 8-10 kilometr yol qət edirlər
Deputat Hövsan və Yeni Suraxanıda infrastrukturun yenilənməsini təklif edib
Cəmiyyət 11:52
Deputat Hövsan və Yeni Suraxanıda infrastrukturun yenilənməsini təklif edib
Bakıda 8 aylıq hamilə qadın ölüb
Cəmiyyət 11:44
Bakıda 8 aylıq hamilə qadın ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol