• $
  • €
  • ₽
  • ₺
  • £

Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb - Yenilənib

Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb - Yenilənib
17.07.2025 18:31

Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

00:03

Laçın rayonunun Zerti kəndi yaxınlığında yanğın olan ərazidə partlayış qeydə alınıb.

APA-nın məlumatına görə, partlayış keçmiş döyüş əməliyyatları aparılmış ərazidə baş verib.

Hazırda yanğının bir çox hissəsində alov məhdudlaşdırıllb.Lakin mina və partlamamış döyüş sursatlarının olması ehtimal edilən sahədə yanğın davam edir. Əraziyə müvafiq texnika və canlı qüvvə cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.

Faktla bağlı araşdırma aparılır.
 

22:03

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

21:11

Laçın rayonunun Bəylik kəndi istiqamətində meşə yanır.Bu barədə Trend xəbər verir.

Məlumat yenilənəcək.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdəmirdə maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 22:39
Kürdəmirdə maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında
Cəmiyyət 22:27
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında
Şəmkirdə evdə kişi və qadın meyiti tapılıb
Cəmiyyət 21:46
Şəmkirdə evdə kişi və qadın meyiti tapılıb
Terminal ödənişlərində 500 AZN-dən yuxarı əməliyyatlar üçün yenilik
Cəmiyyət 19:32
Terminal ödənişlərində 500 AZN-dən yuxarı əməliyyatlar üçün yenilik
Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb
Cəmiyyət 19:16
Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb
Cəmiyyət 18:42
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlanıb
Cəmiyyət 17:25
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlanıb
"Blue Residence"də evləri su basıb
Cəmiyyət 17:19
"Blue Residence"də evləri su basıb
Lerikdə 40 min sakinin istifadə etdiyi yolların asfaltlanması təklif olunur
Cəmiyyət 16:58
Lerikdə 40 min sakinin istifadə etdiyi yolların asfaltlanması təklif olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol