• $
  • €
  • ₽
  • ₺
  • £

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olunub

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olunub
22.07.2025 20:27

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib.

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15555 bakalavrdan 13446 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5798 nəfər dövlət sifarişi, 7648 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9790 nəfər ali təhsil müəssisələrinin cari, 3656 nəfər isə əvvəlki illərin məzunudur.

Magistraturaya qəbul olmuş şəxslər 24 iyul – 1 avqust tarixlərində //portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdəmirdə maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 22:39
Kürdəmirdə maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında
Cəmiyyət 22:27
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında
Şəmkirdə evdə kişi və qadın meyiti tapılıb
Cəmiyyət 21:46
Şəmkirdə evdə kişi və qadın meyiti tapılıb
Terminal ödənişlərində 500 AZN-dən yuxarı əməliyyatlar üçün yenilik
Cəmiyyət 19:32
Terminal ödənişlərində 500 AZN-dən yuxarı əməliyyatlar üçün yenilik
Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb
Cəmiyyət 19:16
Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb
Cəmiyyət 18:42
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlanıb
Cəmiyyət 17:25
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlanıb
"Blue Residence"də evləri su basıb
Cəmiyyət 17:19
"Blue Residence"də evləri su basıb
Lerikdə 40 min sakinin istifadə etdiyi yolların asfaltlanması təklif olunur
Cəmiyyət 16:58
Lerikdə 40 min sakinin istifadə etdiyi yolların asfaltlanması təklif olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol