• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məktəb direktoruna sosial şəbəkələrdəki şikayətlərdən sonra töhmət verilib

Bakıda məktəb direktoruna sosial şəbəkələrdəki şikayətlərdən sonra töhmət verilib
28.07.2025 18:56

Bakının 201 nömrəli orta məktəbinin direktoru Afaq Əliyeva sosial şəbəkələrdə yayılmış çoxsaylı şikayətlərdən sonra şəhər Təhsil İdarəsinin apardığı monitorinqin nəticəsinə əsasən rəsmi töhmət alıb.

Monitorinq zamanı tədris prosesinin təşkili, pedaqoji-metodiki fəaliyyətin keyfiyyəti və ümumilikdə məktəbin idarəçilik məsələləri araşdırılıb.

Təhsil İdarəsinin məlumatında qeyd olunur ki, yoxlama nəticəsində bir sıra nöqsanlar aşkar edilib.

Bunlar arasında dərs yükünün müəllimlər arasında ədalətsiz bölüşdürülməsi, idarəetmədə şəffaflığın pozulması və daxili nizam-intizam qaydalarının qeyri-effektiv tətbiqi kimi məsələlər də yer alıb.

Sosial şəbəkələrdə yayılan şikayətlərdə müəllimlər direktorun şəxsi münasibətlərə əsaslanaraq dərs bölgüsü apardığını, bəzilərinə əlavə saatlar verdiyini, digərlərinə isə ümumiyyətlə saat ayırmadığını iddia edirdilər.

Müəllimlər həmçinin direktorun kollektivlə münasibətlərində kobudluq və təzyiq hallarının olduğunu bildirirdilər.

Təhsil İdarəsi bildirib ki, direktorun davranışları və idarəetmə üslubu mövcud qaydalara uyğun gəlmədiyindən ona töhmət verilib. Qurum eyni zamanda xəbərdarlıq edib ki, gələcəkdə oxşar halların təkrar baş verməsi daha sərt intizam tədbirlərinə – o cümlədən vəzifədən azad olunmaya səbəb ola bilər.

Hadisə ictimaiyyət arasında geniş rezonansa səbəb olub. Bəzi valideynlər sosial mediada direktorun işdən uzaqlaşdırılmasını tələb etsələr də, digərləri onun tərəfini tutaraq məktəbin ümumi səviyyəsindən razı olduqlarını bildiriblər.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdəmirdə maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 22:39
Kürdəmirdə maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında
Cəmiyyət 22:27
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında
Şəmkirdə evdə kişi və qadın meyiti tapılıb
Cəmiyyət 21:46
Şəmkirdə evdə kişi və qadın meyiti tapılıb
Terminal ödənişlərində 500 AZN-dən yuxarı əməliyyatlar üçün yenilik
Cəmiyyət 19:32
Terminal ödənişlərində 500 AZN-dən yuxarı əməliyyatlar üçün yenilik
Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb
Cəmiyyət 19:16
Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb
Cəmiyyət 18:42
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlanıb
Cəmiyyət 17:25
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlanıb
"Blue Residence"də evləri su basıb
Cəmiyyət 17:19
"Blue Residence"də evləri su basıb
Lerikdə 40 min sakinin istifadə etdiyi yolların asfaltlanması təklif olunur
Cəmiyyət 16:58
Lerikdə 40 min sakinin istifadə etdiyi yolların asfaltlanması təklif olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol