• $
  • €
  • ₽
  • ₺
  • £

MİQ üzrə vakansiya seçimində 1300-dən çox namizəd uğur qazanıb

MİQ üzrə vakansiya seçimində 1300-dən çox namizəd uğur qazanıb
27.08.2025 17:27

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri elan olunub. Bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib.

22-25 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1305 namizəd uğur qazanaraq müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib.

Müddətli müqavilə ilə vakansiya seçimində uğur qazanan namizədlər sentyabrın 2-si saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdəmirdə maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 22:39
Kürdəmirdə maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında
Cəmiyyət 22:27
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında
Şəmkirdə evdə kişi və qadın meyiti tapılıb
Cəmiyyət 21:46
Şəmkirdə evdə kişi və qadın meyiti tapılıb
Terminal ödənişlərində 500 AZN-dən yuxarı əməliyyatlar üçün yenilik
Cəmiyyət 19:32
Terminal ödənişlərində 500 AZN-dən yuxarı əməliyyatlar üçün yenilik
Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb
Cəmiyyət 19:16
Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb
Cəmiyyət 18:42
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlanıb
Cəmiyyət 17:25
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlanıb
"Blue Residence"də evləri su basıb
Cəmiyyət 17:19
"Blue Residence"də evləri su basıb
Lerikdə 40 min sakinin istifadə etdiyi yolların asfaltlanması təklif olunur
Cəmiyyət 16:58
Lerikdə 40 min sakinin istifadə etdiyi yolların asfaltlanması təklif olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol