• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib

Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
09.09.2025 16:26

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilən, xaricdə yaşayan bloger Qabil Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Qabil Məmmədova qiyabi hökm oxunub. Hökmə əsasən, o, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qabil Məmmədova qarşı Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən cinayət işi başlanıb.

İş üzrə toplanmış sübutların məcmusuna əsasən, ötən il iyulun 17-də Qabil Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.

Qalib Məmmədov barəsində bu ilin yanvarında Binəqədi rayon Məhkəməsinin qərarı ilə qiyabi həbs qərarı çıxarılıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdəmirdə maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 22:39
Kürdəmirdə maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında
Cəmiyyət 22:27
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında
Şəmkirdə evdə kişi və qadın meyiti tapılıb
Cəmiyyət 21:46
Şəmkirdə evdə kişi və qadın meyiti tapılıb
Terminal ödənişlərində 500 AZN-dən yuxarı əməliyyatlar üçün yenilik
Cəmiyyət 19:32
Terminal ödənişlərində 500 AZN-dən yuxarı əməliyyatlar üçün yenilik
Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb
Cəmiyyət 19:16
Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb
Cəmiyyət 18:42
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlanıb
Cəmiyyət 17:25
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlanıb
"Blue Residence"də evləri su basıb
Cəmiyyət 17:19
"Blue Residence"də evləri su basıb
Lerikdə 40 min sakinin istifadə etdiyi yolların asfaltlanması təklif olunur
Cəmiyyət 16:58
Lerikdə 40 min sakinin istifadə etdiyi yolların asfaltlanması təklif olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol