• $
  • €
  • ₽
  • ₺
  • £

"Məktəbli avtobuslar" layihəsinin rəhbərindən qiymətlə bağlı açıqlama - MÜSAHİBƏ

"Məktəbli avtobuslar" layihəsinin rəhbərindən qiymətlə bağlı açıqlama - MÜSAHİBƏ
01.10.2025 17:55

"2school” məktəb nəqliyyatı layihəsi tıxacların azaldılması, valideynlər üçün rahatlıq və təhlükəsizlik baxımından alternativ nəqliyyat həlləri təklif edir. Bunu anews.az-a müsahibəsində layihə rəhbəri Mustafa Hüseynov bildirib. 

Məqsəd şəhər ətrafında maşınların sayını azaltmaqdır...

Hüseynovun sözlərinə görə, layihə hazırda əsasən şəhər mərkəzindəki məktəbləri əhatə edir və ilkin mərhələdə “bir rayon – bir məktəb” prinsipi ilə fəaliyyət göstərir. Gələcəkdə şəbəkənin genişləndirilməsi və daha çox məktəbi əhatə etməsi nəzərdə tutulur.

“Biz hesablamışıq ki, bir avtobus orta hesabla 13-14 minik avtomobilini əvəz edə bilər. Bu da şəhər nəqliyyatına təzyiqin azalması deməkdir”, –  Hüseynov bildirib.

Avtobuslarda dayə xidməti olacaq...

Hüseynov qeyd edib ki, avtobuslarda dayə xidməti olacaq və aşağı sinif şagirdlərinə nəzarət olunur. 

“Əksər marşrutlarda dayələr var, yalnız bəzi istisna hallar olur”, – o əlavə edib.

Layihə çərçivəsində şəhid və qazi ailələrinin övladları üçün ilboyu endirimlər tətbiq edilir. 

Hüseynov qeyd edib ki, xidmətin qiymətləri əvvəlcədən məlum olur və sonradan əlavə ödəniş tələb edilmir.

Daşıyıcı şirkətin fikrincə, qiymətlər baha deyil

Hüseynovunun sözlərinə görə, bu sadəcə məktəbli avtobusu deyil, qiymətə dayə xidməti, məktəblərin daxilində fəaliyyət göstərən kuratorlara verilən vəsait də daxildir  və bunlar da qiymətə təsir edən amillərdəndir.

"Məktəblərin əksəriyyəti pik saatlarda başlayır və pik saatlarda dərs bitir, biz özümüz dəfələrlə testlər aparmışıq və görmüşük ki, həmin vaxtlarda taksi qiymətləri real olaraq göstərilən məbləğlərdən daha yüksək olur. Xüsusilə də indi tətbiq etdiyimiz endirimli tariflər, hətta endirim olmayan dövrdə təqdim etdiyimiz qiymətlərdən belə daha sərfəlidir",  -  Hüseynov vurğulayıb.

Onun fikrincə,  xüsusi hallarda qiymətlərdə müəyyən fərqlər ola bilər.

"Amma qeyd etdiyim kimi, əlavə təqdim etdiyimiz dayə və kurator xidmətlərini də nəzərə alsaq, ümumi qiymətlərimiz taksi xərclərindən daha rəqabətqabiliyyətlidir",  -  o vurğulayıb.

"2school" proqramında göstərilən qiymət müştəriyə təqdim edilən yekun qiymətdir. Əlavə ödəniş nəzərdə tutulmur.

Şagird məktəbə gecikərsə onun məsuliyyətini "2school" daşıyacaq..

"Məktəblərdə hələ belə bir problem yaşamamışıq. Çünki məktəblər də bu layihəyə anlayışla yanaşırlar.  Daşıyıcı şirkətlər bizlə əməkdaşlıq göstərdikləri üçün biz məktəblə kontakt quracayıq.. Hesab edirik ki, avtobus xətti olandan sonra hər şey daha da düzələcək", - o əlavə edib.

Məktəbli avtobusların avtobus zolaqlarınan istifadə olunması üçün danışıqlar aparılır. 

“Biz Elm və Təhsil Nazirliyi və AYNA ilə danışıqlar aparırıq ki, layihə çərçivəsində avtobusların xüsusi hərəkət zolaqlarından istifadəsinə icazə verilsin. Bu, marşrutların daha operativ işləməsini təmin edəcək”, –  o vurğulayıb.

“2school” layihəsi SABAH studio-nun  startapıdır və hazırda pilot layihə kimi sınaqdan çıxarılır. "2school" həm dövlət, həm də özəl məktəblərlə əməkdaşlıq edir.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 22:58
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Cəmiyyət 16:38
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol