• $
  • €
  • ₽
  • ₺
  • £

Yaxın üç gündə Azərbaycanda havanın temperaturunun yüksəlməsi müşahidə olunacaq

Yaxın üç gündə Azərbaycanda havanın temperaturunun yüksəlməsi müşahidə olunacaq
03.10.2025 17:51

Yaxın üç gün ərzində Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsi müşahidə olunacaq. Bu barədə  Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 4-də, 5-də və 6-da ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək: “Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi oktyabrın 5-i gündüz arabir güclənəcək. Havanın maksimal temperaturu 20-25 dərəcə isti olacaq. Bölgələrdə əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 20-25, dağlıq ərazilərdə isə 11-16 dərəcə isti olacaq. Yaxın günlər ərzində hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir”, - deyə o qeyd edib.

Məmmədova bildirib ki, yaxın günlərdə müşahidə olunacaq hava şəraiti oktyabr ayı üçün spesifikdir: “Belə istilər əvvəllər də müşahidə edilib, oktyabr ayında isti hava şəraiti mövcud olub. Ümumiyyətlə oktyabr ayı keçid ayıdır. Yay fəslinin sonu, payız fəslinin başlanğıcıdır. Bu zaman hava şəraitində həm isti, həm də soyuq hava şəraiti müşahidə olunur. Ümumiyyətlə oktyabr ayı soyuq hava şəraiti kimi xarakterizə olunur. Buna kəskin istiləşmə demək olmaz, sadəcə temperaturun yüksəlməsi müşahidə olunacaq. Bu gün havanın temperaturu 21 dərəcədirsə, yaxın üç gündə 25 dərəcə olacaq”, - deyə o vurğulayıb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 22:58
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Cəmiyyət 16:38
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol