• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda doğuş zamanı körpəsi ölən ata həkimi döydü

Azərbaycanda doğuş zamanı körpəsi ölən ata həkimi döydü
29.05.2020 10:22
Lənkəranda qeysəriyyə əməliyyatı zamanı uşağı ölən ata doğum şöbəsinin müdirini döyüb. Lənkəran şəhər baş polis idarəsindən AzVision.az-a verilən məlumata görə, ötən gün saat 21:36-da Lənkəran Mərkəzi Rayon Xəstəxananın baş həkimi Ağabala Kəlbiyev tərəfindən rayon prokurorluğuna xəstəxananın doğum şöbəsində Cəlilabad rayonu Əliqasımlı kənd sakini İsbarova Aynur Gülağa qızının doğuş zamanı uşağının ölməsi barədə məlumat daxil olub. Həmçinin həmin tarixdə həmin xəstəxanın doğum şöbəsinin müdiri Yeganə Nəhmətova ərizə ilə polis şöbəsinə müraciət edərək bildirib ki, əməliyyat edən həkim, xəstəxanaya gətirilən qadının yoldaşı Əkbərov Mirzəsəfər Xudam oğlu tərəfındən döyülüb.İlkin məlumata əsasən rayon prokurorluğu tərəfindən meyitə baxış keçirilib. Müəyyən edilib ki, 1987-ci il təvəllüdlü Cəlilabad rayonu sakini 7 aylıq hamilə İsbarova Aynur Gülağa qızı ötən gün saat 14 radələrində səhhətində olan problemlərlə əlaqədar xəstəxanaya müraciət edib. Və həmin doğum şöbəsinin müdirü Yeganə Nəhmətova tərəfindən qeysəriyyə əməliyyatı olunmasına baxmayaraq, A.İsbarovanm bətnində olan döl ölü doğulub.Faktla bağlı, rayon prokurorluğunda araşdırma aparılır.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol