• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda yeni kanalizasiya sistemi tikiləcək - Rəsmi

Lənkəranda yeni kanalizasiya sistemi tikiləcək - Rəsmi
20.10.2025 16:24

Lənkəran şəhərində yeni kanalzasiya sisteminin qurulmasına 200 milyon vəsait ayrılacaq. Bu barədə şəhər icra başçısı Taleh Qaraşov anews.az-a müsahibəsində məlumat verib. 

Qaraşovun sözlərinə görə, hazırda mövcud olan kanalizasiya sistemi təxminən 50 il əvvəl inşa olunub və şəhərin artan ehtiyaclarını qarşılamaq gücündə deyil.

“Yol kənarındakı xəndəklər kanalizasiya sistemi deyil. Bunlar əsasən yağış sularını daşımaq üçün nəzərdə tutulan qurğulardır, lakin hazırda anti-sanitariya mənbəyinə çevriliblər və yenidənqurulmasına ehtiyac var. Biz bunun üzərində də düşünürük,” –  o deyib.

İcra başçısı bildirib ki, Dövlət Su Ehtiyatları Agentliyi yeni kanalzasiya sisteminin çəkilməsi üçün 200 milyon mana vəsait ayırıb.

"Maliyyələşdirmə hər il 50 milyon manat olmaqla 4 il ərzində mərhələli şəkildə həyata keçiriləcək. 2025-ci il oktyabrın 8-də tenderin qalibi müəyyən edilib və əticələri açıqlanıb.  Tikinti işlərinə yaxın günlərdə başlanacaq. Yeraltı kanalzasiya sistemi 210 km uzunluğunda olacaq. Yeni sistem yalnız Lənkəran şəhərinin ehtiyaclarını qarşılayacaq", - icra başçısı bildirib. 

Qaraşov onu da əlavə edib ki, layihənin bir hissəsi kimi Xəzər dənizində su təmizləyici qurğunun tikintisi də nəzərdə tutulub.

Bu qurğu kanalizasiya sularının müvafiq standartlara uyğun təmizlənməsini təmin edəcək.

Layihənin 2029-cu ilin dekabrına qədər tam başa çatdırılması planlaşdırılıb.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 22:58
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Cəmiyyət 16:38
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol