• $
  • €
  • ₽
  • ₺
  • £

BVF və Dünya Bankı:Cənubi Qafqazda iqtisadi aktivlik zəifləyəcək

BVF və Dünya Bankı:Cənubi Qafqazda iqtisadi aktivlik zəifləyəcək
23.10.2025 16:10

Beynəlxalq Valyuta Fondunun (BVF) 2025-ci ilin iyul ayı hesabatına görə, inkişaf etməkdə olan ölkələr qrupunda iqtisadi artım 2025-ci ildə 4,1%, 2026-cı ildə isə 4,0% səviyyəsində gözlənilir.

BVF qeyd edir ki, 2024-cü ilin birinci yarısında Çin iqtisadiyyatı gözləniləndən daha güclü nəticə göstərib.

ABŞ-ın tətbiq etdiyi əlavə tariflərin azaldılması da proqnozların yüksəldilməsinə səbəb olub.

Beləliklə, Çin üzrə artım bu il üçün 4,8% (ötən hesabatdan 0,8 faiz bəndi çox), 2025-ci il üçün isə 4,2% səviyyəsində gözlənilir. ABŞ-a ixrac azalmasına baxmayaraq, Çin digər regionlara ticarət axınını genişləndirib.

Türkiyə iqtisadiyyatının isə 2025-ci ildə artım tempinin 3,0%-ə qədər zəifləyəcəyi, 2026-cı ildə isə 3,3%-ə yüksələcəyi proqnozlaşdırılır. BVF bu azalmanı sərt pul-kredit siyasəti və fiskal konsolidasiya tədbirləri ilə əlaqələndirir.

Rusiyada artımın 2025-ci ildə 0,9%, 2026-cı ildə isə 1,0% olacağı gözlənilir. BVF qeyd edir ki, istehlak xərclərinin azalması, əməkhaqlarının sabit qalması və enerji daşıyıcılarının ucuzlaşması fonunda vergi gəlirləri zəifləyib.

Dünya Bankının 2025-ci ilin iyun ayı hesabatına görə, Cənubi Qafqaz regionunda iqtisadi artım 2025-ci ildə 3,6%, 2026-cı ildə isə 3,4% olacaq.

Bank bu zəifləməni Azərbaycanda neft hasilatının azalması, Gürcüstan və Ermənistanda isə daxili tələbin və təkrar ixracın zəifləməsi ilə izah edir.

Hesabata əsasən, 2025 və 2026-cı illər üzrə ölkə proqnozları belədir:

Azərbaycan: 2,6% və 2,4%

Gürcüstan: 5,5% və 5,0%

Ermənistan: 4,0% və 4,2%

BVF-nin 2025-ci ilin aprel ayı hesabatında isə Azərbaycanın iqtisadi artımı bu il üçün 3,5%, 2025-ci il üçün isə 2,5% səviyyəsində qiymətləndirilmişdi.

Gülnar 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 22:58
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Cəmiyyət 16:38
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol