• $
  • €
  • ₽
  • ₺
  • £

BMT: Azərbaycanın islahatları göstərir ki, mərhəmət və ədalətlə yönəldilən innovasiya gücə çevrilir

BMT: Azərbaycanın islahatları göstərir ki, mərhəmət və ədalətlə yönəldilən innovasiya gücə çevrilir
24.10.2025 11:04

"Süni intellekt insan ehtiyaclarını qabaqcadan müəyyən edə, xidmətləri sürətləndirə və əlçatmaz qruplara çata bilər. Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün”beynəlxalq konfransda deyib

“Süni intellekt ehtiyacları qabaqlaya, xidmətləri göstərə və bəzən ən uzaqdakı insanlara belə yardım edə bilər. Eyni zamanda bu texnologiya ön cəbhədə çalışan insanlara imkan verir ki, maşınların edə bilmədiyini etsinlər — yəni dinləsinlər, empatiya göstərsinlər və qayğı ilə yanaşsınlar,” – deyə BMT nümayəndəsi qeyd edib.

O, süni intellektin imkanları ilə yanaşı, potensial risklərə qarşı da ayıq olmağın vacibliyini diqqətə çatdırıb.

“Biz ehtiyatlı olmalıyıq. Süni intellekt rəqəmsal uçurumu dərinləşdirməməli, zorakılığa zəmin yaratmamalıdır. Bu texnologiya sosial xidmətlərin gücləndirilməsində, təhsilin fərdiləşdirilməsində və işçilərin müxtəlif əmək imkanları ilə uyğunlaşdırılmasında güclü vasitə ola bilər. Lakin onun uğuru rəqəmsal savadlılıqdan, inklüziv siyasətdən və hər bir fərdin öz gələcəyini formalaşdırmaq imkanından asılı olacaq",- o bildirib.

BMT nümayəndəsi vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi sosial və rəqəmsal islahatlar, innovasiyanın mərhəmət və ədalət prinsipləri ilə yönləndirildikdə, texnologiyanın insanlıq üçün xeyirli qüvvəyə çevrilə biləcəyini sübut edir.

“Azərbaycanın islahatları göstərir ki, innovasiya mərhəmət və ədalətlə yönəldildikdə, texnologiya insanlıq naminə həqiqi bir gücə çevrilir,” – deyə BMT rəsmisi vurğulayıb.

Aytac Zeynalova

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 22:58
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Cəmiyyət 16:38
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol