• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
28.10.2025 15:05

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib.

Dövlət başçısına Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev tərəfindən kənddə görülən işlər barədə məlumat verilib.

Horovlu kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş, 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu tərəfindən azad olunmuşdu. Kəndin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev tərəfindən qoyulub.

Ümumi sahəsi 248 hektar olan kənddə 334 fərdi ev inşa edilib. Evlər 2–5 otaqlıdır və su, işıq, qaz, Günəş panelləri və yüksək sürətli internet kimi müasir kommunikasiya sistemləri ilə təmin olunub.

Birinci mərhələdə 624 şagird yerlik məktəb, 220 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, bazar kompleksi və idman-sağlamlıq mərkəzi tikilib. Kəndin su təminatında mühüm rol oynayan beş tarixi kəhriz – “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” bərpa olunub.

Kənddə 4,4 hektarlıq park kompleksi, oyun və idman zonaları, Bayraq meydanı və gəzinti yolları salınıb. Ərazidə 3,1 hektar yaşıllıq zolağı yaradılıb, zeytun, çinar və Eldar şamı ağacları əkilib.

İdarəetmə məqsədilə müasir situasiya mərkəzi qurulub. Mərkəz Coğrafi İnformasiya Sistemi (CİS) texnologiyası əsasında kəndin idarəetməsini, infrastrukturun izlənməsini və üçölçülü (3D) xəritələşdirməni təmin edir.

Prezident İlham Əliyev kənd sakinləri ilə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 22:58
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Cəmiyyət 16:38
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol