• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsdəki hakimə güzəşt edildi – cəzası 9 ildən 6 ilə endirildi

Həbsdəki hakimə güzəşt edildi – cəzası 9 ildən 6 ilə endirildi
13.11.2025 16:21

Rüşvət müqabilində qanunsuz qərardad çıxardığı üçün məhkum edilən keçmiş hakim İlyas Mahmudovun cəzası azaldılıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə qərarı Ali Məhkəmə çıxarıb. Keçmiş hakimin kassasiya şikayəti qismən təmin edilib və onun cəzası 9 ildən 6 ilə endirilib.

İlyas Mahmudov 2008–2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsində çalışıb. O, 2022-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdi.

Mahmudova qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz qərar çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 22:58
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Cəmiyyət 16:38
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol