• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək müqaviləsi olmayanlar sığortalanmayacaq

Əmək müqaviləsi olmayanlar sığortalanmayacaq
14.11.2025 10:35

2026-cı il yanvarın 1-dən etibarən Azərbaycanda əmək müqaviləsi olmayan şəxslər icbari tibbi sığorta xidmətlərindən yararlana bilməyəcək. Bu dəyişiklik “Tibbi sığorta haqqında” Qanunun 15‑10.1.5‑ci maddəsində əksini tapıb. 

Bəs görəsən, yeni qayda qeyri-rəsmi şəxslərə və işləməyənlərə necə təsir edəcək?

İqtisadçı Akif Nəsirli bildirir ki, dövlət qurumları - Vergi, Sosial Müdafiə və Tibbi Sığorta Agentliyi  məlumatları bir-biri ilə uyğunlaşdıraraq yoxlayacaq. Müqaviləsi olmayan şəxslər pulsuz tibbi xidmətlərdən istifadə edə bilməyəcək.

"Sistem elektron şəkildə işlədiyi üçün proses texniki cəhətdən mümkündür. Qeyri-rəsmi iş yerləri çoxdur. Bir çox insan faktiki işləsə də, əmək müqaviləsi bağlanılmır. Bu halda sistem onları işsiz  kimi tanıyacaq və sığorta hüququnu təmin etməyəcək. Amma  bazanın gec yenilənməsi, yanlış məlumatların salınması, uyğunsuzluqlar kimi texniki problemlər  nəticəsində bəzi insanlar səhvən  xidmətdən məhrum edilə də bilər", - iqtisadçı vurğulayıb.

Nəsirlinin fikrincə, yeni qanunun tətbiqi inzibati yükü artıracaq, işəgötürənlər və sahibkarlar daha çox sənəd işi görməli olacaqlar.

"Xüsusilə kənd yerlərində yaşayanlar və qeyri-rəsmi işləyənlər üçün ciddi çətinliklər yarana bilər. Bu insanlar ən riskli qrupdur. Çünki onların çoxunun nə əmək müqaviləsi var, nə də sosial ödənişlər edir. Yeni qaydada onlar ya sığortasız qalacaqlar, ya da xidmətləri öz hesablarına ödəməli olacaqlar. Sərbəst fəaliyyət göstərən insanlar (taksi sürücüləri, müəllimlər, ustalar, kiçik satıcılar və s.) vergi və sosial ödənişləri rəsmiləşdirməsələr sığortalı tibbi xidmətlərə çıxışları məhdudlaşacaq",- o vurğulayıb.

İqtisadçı düşünür ki, neft ölkəsində işsiz əhalini tibbi sığortadan məhrum etmək etik, sosial və  iqtisadi baxımdan doğru deyil və mübahisə yaradır.

"Neft gəlirləri olan ölkələrdə adətən dövlət daha geniş sosial təminat təqdim edir, daha səxavətli davranır. Azərbaycanda neft gəlirlərindən vətəndaşlara birbaşa pay verilmir, ona görə tibbi sığorta kimi xidmətlərin hamı üçün əlçatan olması daha ədalətli sayılır. İşsiz insanı tibbi xidmətlərdən məhrum etmək, əslində, yoxsulluğu və xəstəlik risklərini artırır. Tibbi xidmət insan hüququ kimi qəbul olunur, buna görə işsizliyi “cəzalandırmaq” məqsədilə sığortanın kəsilməsi sosial narazılıq yarada bilər. Aşağı gəlirli və işsiz insanlar üçün istisnalar və ya subsidiyalar tətbiq oluna bilər. Sərbəst çalışanlar üçün sadələşdirilmiş aylıq sığorta ödənişi yaratmaq olar. Məlumat sistemləri tam işlək vəziyyətə gətirilməlidir ki, yanlışlıqla kəsilmələr olmasın",- iqtisadçı əlavə edib.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirir ki, əmək müqaviləsi olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məbləğdə icbari tibbi sığorta haqları ödəyəcəklər.

"Bu, əmək müqavilələrinin “ağardılmasına”, VÖEN olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qanunvericiliyə uyğun şəkildə fəaliyyətə cəlb etməyə yönəlib.  Azərbaycanda qaçqın statusu alan və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülən, habelə həbs edilən, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir",- deputat bildirib.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Fondundan sorğumuza cavab olaraq bildirilib ki, büdcə layihəsi təsdiqlənmədiyi üçün mövzunun detalları barədə açıqlama vermək doğru deyil. 

"Qeyd olunan məsələlər "Tibbi sığorta haqqında" Qanunla tənzimlənir və bu sahədə qərarlar qanunverici orqan tərəfindən qəbul olunur",- məlumatda qeyd olunub.

2026-cı ildə büdcədən  icbari tibbi sığorta fonduna 900 milyon manatın ayrılması nəzərdə tutulub ki, bu da 2025-ci təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat və ya 36,5 faiz azdır.

Bu il üçün dövlət büdcəsində icbari tibbi sığorta fonduna ayrılan vəsaitin məbləği 1 milyard 416 milyon 405 min manat olub. 

İstiqamət: 6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

Aytac Zeynalova

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 22:58
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Cəmiyyət 16:38
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol