• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qeyri-dövlət sektorunun pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanda qeyri-dövlət sektorunun pərakəndə ticarət dövriyyəsi artıb
18.11.2025 10:44

Azərbaycanda qeyri-dövlət sektorunun pərakəndə ticarət dövriyyəsi 2025-ci ilin yanvar–oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% artaraq 52,5 mlrd manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Dövriyyənin 47%-i fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə ölkənin topdansatış ticarət dövriyyəsi də yüksələrək 2,2% artımla 23,4 mlrd manat olub. Struktur baxımından dövriyyənin 27%-i ərzaq məhsulları, 11,2%-i içkilər və tütün, 7,5%-i yanacaq, 6,7%-i toxuculuq və geyim, 6,4%-i əczaçılıq, 3,6%-i elektrik malları və mebel, 3,4%-i kompüter və telekommunikasiya avadanlıqları, 34,2%-i isə digər qeyri-ərzaq məhsullarının topdansatışından formalaşıb.

Pərakəndə ticarət dövriyyəsinin regionlar üzrə paylanmasında Bakı şəhəri 59% ilə liderliyini qoruyub (real ifadədə +4,7%). Sonrakı yerlərdə Abşeron-Xızı (6%, +7,9%), Mərkəzi Aran (4,5%, -0,4%), Lənkəran-Astara (4,2%, +2,5%), Gəncə-Daşkəsən (4%, +0,3%), Qazax-Tovuz (3,7%, +1%), Quba-Xaçmaz (3,2%, +1,9%), Şirvan-Salyan (3,1%, +0,7%) və digər iqtisadi rayonlar qərarlaşıb.

Ən yüksək artım templəri Şərqi Zəngəzurda (+8,1%), Abşeron-Xızıda və Qarabağda (+4,1%) qeydə alınıb.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 22:58
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Cəmiyyət 16:38
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol