• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn il keçiriləcək sınaq imtahanlarının vaxtı açıqlandı

Gələn il keçiriləcək sınaq imtahanlarının vaxtı açıqlandı
29.05.2020 09:05
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) gələn il keçiriləcək sınaq imtahanlarının keçirilmə vaxtı açıqlanıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, gələn il aprel ayının əvvəllərindən etibarən sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də sınaq imtahanlarına yazılış internet vasitəsilə elektron formada aparılacaq. Bununla bağlı həmin ərəfədə TQDK-nın Facebook səhifəsində geniş məlumat veriləcək. TQDK-dan bildirilib ki, sınaq imtahanlarına yazılışla bağlı ilkin məlumatların komissiyanın Facebook səhifəsində verilməsi nəzərdə tutulur. Bu, gənclərin məlumatları buradan daha operativ əldə etmələri ilə bağlıdır. Son illər TQDK tərəfindən imtahan arealının genişləndirilməsi, bu imtahanların respublikanın bütün bölgələrini əhatə etməsi nəticəsində regionlarda yaşayan abituriyentlərin də sınaqlarda rahat iştirakı təmin olunur. Artıq ən ucqar yaşayış məntəqələrində yaşayan gənclərin də hazırlıq səviyyələrini yoxlamaq üçün mərkəzi şəhərlərə üz tutmalarına ehtiyac qalmır. Gələn il sınaq imtahanlarına ayrılan yerlərin sayının artırılacağı da nəzərdə tutulur. Qeyd edək ki, sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Sınaq imtahanlarında iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol