• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı bulvarında Wi-Fi şəbəkəsi təkmilləşdirilir

Bakı bulvarında Wi-Fi şəbəkəsi təkmilləşdirilir
29.05.2020 10:22
Azərbaycanın hər üç mobil rabitə operatoru ("Bakcell", "Azercell" və "Azerfon") Dənizkənarı Milli Park İdarəsinə bulvar ərazisində Wi-Fi çıxış nöqtələrinin quraşdırılması üzrə təkliflərini təqdim ediblər.Bu barədə bazar ertəsi Trend-ə İdarədən bildiriblər.Qurumdan deyiblər ki, mobil rabitə operatorları internet şəbəkəsinə pulsuz giriş xidməti üçün öz şəbəkə infrastrukturlarını təqdim etməyə hazırdırlar.Hazırda Bakı bulvarı tamamilə simsiz Wi-Fi şəbəkəsi ilə əhatə olunub. Dənizkənarı Milli Parkda quraşdırılan Wi-Fi nöqtələrinin sayı 30 ədədi keçir.İdarədən qeyd ediblər ki, mövcud şəbəkə infrastrukturunun 10 minədək istifadəçinin internet şəbəkəsinə qoşulmasını təmin etməyə gücü çatır: "Bayram günlərində bu göstərici xeyli arta bilər ki, bu da internetə çıxışın keyfiyyətinə mənfi təsir edir. Bununla əlaqədar olaraq, şəbəkə, eyni zamanda, maksimum sayda qoşulmaları təmin edə bildikdən sonra istismara verilə bilər. Buna görə də şəbəkənin davamlılığını təmin etmək üçün layihəyə bir neçə internet xidməti tədarükçüsünü cəlb etmək planlaşdırılır. Bu barədə qərar İqtisadiyyat və Sənaye Nazirliyi səviyyəsində qəbul ediləcək".Simsiz şəbəkə bulvarın ziyarətçilərinə bəzi internet resurslarına (sosial şəbəkə, bəzi dövlət strukturlarının saytları və digərləri) pulsuz çıxış əldə etməyə imkan verəcək.Şəbəkənin bütün üstünlüklərindən (videoya baxmaq və kontent yükləmək) istifadə etmək arzusunda olan istifadəçilərə kommersiya paketlərinin təklif edilməsi istisna edilmir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol