• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtdakı atışma ilə bağlı daha dörd nəfər həbs edildi

Sumqayıtdakı atışma ilə bağlı daha dörd nəfər həbs edildi
29.05.2020 08:46
Sumqayıtda baş verən atışma ilə bağlı daha  dörd nəfər həbs edilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə şübhəli bilinən daha dörd nəfər - şəhər sakinləri Əhməd Salmanov, Kənan Mehrəliyev, Rövşən Musayev və Elşən Məmmədov tutulublar. Keçirilmiş baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülüb. R.Musayevin baş və bədəninin müxtəlif nahiyələrində bıçaq xəsarətlərinin olması aşkar edilib.     Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə "sələfi"lər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar. Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol