• $
  • €
  • ₽
  • ₺
  • £

Şükürbəyli kəndində 635 fərdi ev istifadəyə verilib

Şükürbəyli kəndində 635 fərdi ev istifadəyə verilib
15.05.2026 16:57

Cəbrayılın Şükürbəyli kəndində 635 fərdi ev istifadəyə verilib. Bunu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov "Report"a açıqlamasında deyib.

"Şükürbəyli kəndi 286 hektar ərazidə 1042 ailəlik fərdi yaşayış evi üçün layihələndirilib. Kənddə ilkin mərhələdə iki, üç, dörd və beş otaqlı olmaqla 635 fərdi ev istifadəyə verilib. Hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası 360 yerlik orta məktəb və musiqi məktəbi inşa edilib. Həmçinin 350 yerlik klub da tikilib".

2026-cı ildə azad olunmuş ərazilərin bərpası üçün dövlət büdcəsindən 3,5 milyard manat vəsait ayrılması nəzərdə tutulur.

2020-2025-ci illər ərzində həmin ərazilərin yenidən qurulması üçün ümumilikdə 22 milyard manat vəsait xərclənib, 2025-ci ildə isə bu məqsədlə 4,4 milyard manat ayrılıb.

Beləliklə, 2025-ci il də daxil olmaqla, işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldilən ümumi vəsait 25,5 milyard manata çatıb.

Rəsmilər bundan əvvəl 2026-cı ilin sonunadək Qarabağ bölgəsinə 120 min nəfərin köçürülməsinin planlaşdırıldığını bəyan ediblər.

Aytac 

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 22:58
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Cəmiyyət 16:38
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol