• $
  • €
  • ₽
  • ₺
  • £

58 947 nəfər ali məktəblərə qəbul olub - Yenilənib

58 947 nəfər ali məktəblərə qəbul olub - Yenilənib
24.08.2026 19:13

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqədə 87 146 nəfər iştirak edib, onlardan 58 947-si, o cümlədən 4 215 subbakalavr ali məktəblərə qəbul olunub.Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qəbul olunanlardan 28 108 nəfər dövlət sifarişi, 317 nəfər dövlət hesabına, 30 522 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb.

DİM-in məlumatına görə, qəbul olunanlar müsabiqənin nəticələri barədə məlumatı qurumun internet saytından, həmçinin "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki yeddi rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Abituriyentlərə dim.gov.az saytında müsabiqə nəticələri barədə arayışla tanış olmaq tövsiyə olunur. Arayışda seçilmiş ixtisasın kodu və adı, minimal keçid balı, dövlət sifarişi üzrə minimal keçid balı və müsabiqənin nəticəsi göstərilir.

Qəbul olunan şəxslərin ali təhsil müəssisələrində qeydiyyatı yalnız my.gov.az portalı üzərindən aparılacaq. Qeydiyyat avqustun 28-dən sentyabrın 8-i saat 18:00-dək davam edəcək.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən şəxslərin müvafiq ixtisasa yerləşdirilmədən imtina etdiyi hesab olunacaq və onların qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

İxtisas qrupları üzrə ən çox qəbul I qrupda qeydə alınıb. Bu qrup üzrə 19 177 nəfər, II qrup üzrə 15 524, III qrup üzrə 15 332, IV qrup üzrə 4 621, V qrup üzrə isə 4 293 nəfər ali məktəblərə qəbul olunub.

Bundan əlavə, 3 nəfər beynəlxalq fənn olimpiadası, 103 nəfər respublika fənn olimpiadası, 63 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali məktəblərə qəbul olunub.

SAT nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi 520 abituriyent ADA Universitetinə, idman istiqaməti üzrə isə 98 nəfər müvafiq ixtisaslara qəbul olunub.

Həmçinin 185 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), 104 nəfər Bakı Mühəndislik Universitetinin Koreyanın İNHA Universiteti ilə birgə proqramına, 125 nəfər İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 17 nəfər isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı "Abituriyent" jurnalının 6-cı sayında elektron formada dərc olunacaq. Jurnal avqustun 25-də günün ikinci yarısından etibarən abiturient.az saytında PDF formatında təqdim ediləcək.

Müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması və ali məktəblərin boş qalan plan yerləri barədə məlumat "Abituriyent" jurnalının 7-ci sayında dərc olunacaq.

Boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin vakant ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisas kodlarını da göstərə biləcəklər

***

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, iştirakçılar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol