• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
25.08.2026 09:47

Dünya bazarında Azərbaycanın Azeri Light markalı neftinin bir barelinin qiyməti 1,99 dollar və ya 2,05% azalaraq 95,13 dollar olub.

Hərracların nəticələrinə görə, Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 92,60 dollar təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light-ın qiyməti isə 2,08 dollar və ya 2,22% azalaraq 91,62 dollar olub.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar hesablanıb. Bu baxımdan hazırkı Azeri Light qiyməti büdcə proqnozundan təxminən 30 dollar yüksəkdir. 2026-cı ilin ilk rübündə Azeri Light-ın orta qiyməti 85,11 dollar olub.

Azeri Light nefti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil olunur. Müqavilədə SOCAR-ın payı 35,3%-dir.

Azeri Light-ın indiyədək ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol