• $
  • €
  • ₽
  • ₺
  • £

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi başlayıb

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi başlayıb
28.08.2026 10:03

Bu gündən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlayıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, proses sentyabrın 2-si saat 23:59-dək davam edəcək.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

İxtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəssisə­ləri­nin və orta ix­tisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları //www.e-gov.az/az/services/read/3149/2 inter­net ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə "Abituriyent" jurnalının 5‑ci sayında dərc olunub.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu, ixtisas qrupları üzrə müsabiqə şərtləri, elektron ərizənin doldurulma qaydası və s. zəruri məlumatlarla qəbul elanının tam mətnində tanış ola bilərsiniz.

Subbakalavrlar müsabiqədə iştirak etmək üçün sentyabrın 2-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları "Abituriyent" jurnalının 7-ci sayından seçə bilərlər. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.

Orta ixtisas təhsili müəssisə­lərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol