• $
  • €
  • ₽
  • ₺
  • £

2025-ci il Azərbaycanda yetkinlik yaşına çatmayan 1 oğlan, 116 qız evlənib - rəsmi

2025-ci il Azərbaycanda yetkinlik yaşına çatmayan 1 oğlan, 116 qız evlənib - rəsmi
28.08.2026 10:49

 

Azərbaycanda 2025-ci ildə 18 yaşadək bir oğlanın nikahı rəsmi qeydə alınıb. Bu barədə Dövlət Statstika Komitəsindən bildirilib. 

Son beş ilin statistikasına əsasən, 2021 və 2022-ci illərdə 18 yaşadək bir oğlan nikaha daxil olub. 2023 və 2024-cü illərdə isə bu yaş qrupunda oğlanlar arasında rəsmi nikah qeydə alınmayıb.

Qızlar arasında isə 2025-ci ildə 18 yaşadək 116 nikah rəsmiləşdirilib. Bu göstərici 2024-cü ildəki 185 halla müqayisədə 37,3% azdır.

2022-ci ildə 18 yaşadək qızların nikahlarının sayı son beş ilin ən yüksək göstəricisinə – 270-ə çatıb. 2025-ci ilin göstəricisi həmin illə müqayisədə 57% aşağıdır.

2000-2025-ci illərdə 18 yaşadək qızların nikahlarının ən yüksək sayı 2008-ci ildə qeydə alınıb.

Həmin il 5 544 qızın nikahı rəsmiləşdirilib. 2025-ci ildəki 116 hal 2008-ci illə müqayisədə təxminən 98% azdır.

18 yaşadək oğlanlar üzrə isə 2000-2025-ci illərdə ən yüksək göstərici 2006-cı ildə qeydə alınıb - həmin il 50 oğlanın nikahı rəsmiləşdirilib.

Ailə Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, nikaha daxil olmaq üçün şəxslərin 18 yaşa çatması tələb olunur. Əvvəllər üzrlü səbəblər olduqda nikah yaşının bir il azaldılmasına, yəni 17 yaşda nikaha icazə verilməsinə imkan verən norma mövcud olub. Lakin 28 iyun 2024-cü il tarixli qanunla Ailə Məcəlləsinin nikah yaşının azaldılmasını nəzərdə tutan 10.2-ci maddəsi ləğv edilib və qanunun tətbiqinə 2025-ci ilin iyulun 1-dən başlanılıb.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol