• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda uşaqlar arasında ölüm 5 ildə 14,3% artıb

Azərbaycanda uşaqlar arasında ölüm 5 ildə 14,3% artıb
31.08.2026 15:41

Azərbaycanda 18 yaşadək uşaqlar arasında ölüm halları 2020-2025-ci illərdə 14,3% artaraq 2 006-dan 2 292-yə yüksəlib. Bu dövrdə ölən oğlan uşaqlarının sayı 1 213-dən 1 312-yə, qız uşaqlarının sayı isə 793-dən 980-ə çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin son hesabatında bildirilib. 

Beş il ərzində oğlan uşaqları arasında ölüm sayı 8,2%, qız uşaqları arasında isə 23,6% artıb. Qızlar üzrə artım tempi oğlanlarla müqayisədə təxminən üç dəfə yüksək olub.

Ümumi ölüm göstəricisinin əsas hissəsini bir yaşına çatmayan uşaqlar təşkil edib. 2025-ci ildə 0 yaşlı uşaqlar arasında 1 312 ölüm qeydə alınıb. Bu göstərici 2020-ci ildə 1 242 olub və beş il ərzində 5,6% artıb.

Yaş qrupları üzrə ən kəskin artım 1 və 14 yaşlı uşaqlar arasında qeydə alınıb. 1 yaşlı uşaqlar arasında ölüm sayı 62-dən 140-a (+125,8%), 14 yaşlılarda isə 37-dən 78-ə (+110,8%) yüksəlib.

2025-ci ildə ölüm sayına görə 0 yaşdan sonra ən yüksək göstəricilər 1 yaş (140), 17 yaş (79), 14 yaş (78) və 2 yaş (70) üzrə qeydə alınıb.

Bəzi yaş qruplarında ölüm hallarının azaldığı müşahidə olunub. 7 yaşlı uşaqlar arasında ölüm sayı 48-dən 26-ya, 11 yaşlılarda 42-dən 37-yə, 12 yaşlılarda isə 42-dən 35-ə düşüb.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol