• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 2030-cu ilədək buğda və arpa üzrə toxum təminatını 100%-ə çatdırmağı hədəfləyir

Azərbaycan 2030-cu ilədək buğda və arpa üzrə toxum təminatını 100%-ə çatdırmağı hədəfləyir
01.09.2026 12:35

Azərbaycan 2030-cu ilədək buğda və arpa üzrə yerli toxum təminatını 100%-ə çatdırmağı planlaşdırır. Bunu Aqrar Xidmətlər Agentliyinin sədr müavini Taleh Zeynalov bazar ertəsi bildirib.

“Hazırda ölkədə yerli toxum təminatı səviyyəsi 54%-dir. Bu, çox aşağı göstəricidir”, - Zeynalov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təsdiqlədiyi 2026-2030-cu illər üzrə dövlət proqramı çərçivəsində qarşıdakı beş ildə, ilk növbədə, buğda və arpa üzrə toxum təminatının 100%-ə çatdırılması hədəflənir.
“Həmin hədəfə çatmaq üçün nəzərdə tutulan fəaliyyətlərin hamısını icra etməliyik”, - Zeynalov bildirib.

Prezident İlham Əliyev mayın 25-də 2026-2030-cu illərdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramını təsdiqləyib.


İyulda qəbul edilən yeni “Toxumçuluq haqqında” qanun isə toxum istehsalı, dövriyyəsi, sertifikatlaşdırılması və keyfiyyətinə nəzarətin yeni hüquqi mexanizmlərini müəyyən edir.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol