• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil İnstitutu: məktəblərdə faktoloji bilikdən bacarıq əsaslı tədrisə keçid vaxt tələb edir

Təhsil İnstitutu: məktəblərdə faktoloji bilikdən bacarıq əsaslı tədrisə keçid vaxt tələb edir
04.09.2026 12:06

Azərbaycan məktəblərində şagirdlərin bilikləri yadda saxlamaqdan onları tətbiq etməyə əsaslanan tədris modelinə keçidi davam edir, lakin bu prosesin qısa müddətdə başa çatması mümkün deyil. Bunu Təhsil İnstitutunun nümayəndəsi Elnur Əliyev bildirib.

PISA ilə bağlı təqdimatda müəllimlərdən biri riyaziyyat tapşırıqlarının həllində şagirdlərin əsas problemlərindən birinin oxuyub-anlama olduğunu, bəzi şagirdlərin sualı oxuduqdan sonra onlardan nə tələb edildiyini dərk etməkdə çətinlik çəkdiyini bildirib.

Əliyev deyib ki, məktəblərdə faktoloji və yaddaşa əsaslanan suallardan şagirdin bilik və bacarığını tətbiq etməsini tələb edən tapşırıqlara keçid mərhələli prosesdir.

“Birdən-birə bizim faktoloji və yaddaş tipli sual yazmaqdan o səviyyəli sual yazmağa keçidimiz bir gündə olmur”, - Əliyev bildirib.

Onun sözlərinə görə, əsas məqsəd müəllimlərin yanaşmasını dəyişmək, şagirdin yalnız biliyini deyil, həmin biliyi tətbiq etmək və real həyatda istifadə etmək qabiliyyətini inkişaf etdirməkdir.

Əliyev bildirib ki, Təhsil İnstitutu bu məqsədlə Sinqapurun “Marshall Cavendish” nəşriyyatı ilə əməkdaşlıq çərçivəsində SAVE rəqəmsal platformasını məktəblərin istifadəsinə verib. Platforma müəllim və şagirdlərə riyaziyyat və təbiət elmləri üzrə biliklərin tətbiqini və bacarıqları ölçən tapşırıqlardan istifadə etməyə imkan verir.

İnstitut həmçinin bacarıq və biliklərin tətbiqini ölçməyə yönəlmiş “BirBacarıq” platforması vasitəsilə müəllim və şagirdlər üçün tapşırıqlar təqdim edir.

Əliyevin sözlərinə görə, hər il seçilən metodistlər intensiv hazırlıq keçdikdən sonra il ərzində məktəblərdə müəllimlərlə işləyərək yeni yanaşmaların tətbiqinə dəstək verirlər.

O bildirib ki, PISA tapşırıqlarının özü də cəmiyyətin və əmək bazarının tələb etdiyi həyati bacarıqlar dəyişdikcə yenilənir və buna görə əsas məqsəd müəllimləri konkret PISA formatına deyil, şagirdlərdə biliklərin tətbiqi və problem həlli bacarıqlarını inkişaf etdirməyə hazırlamaqdır.

“Vacib olan daim problemləri aradan qaldırmaqla irəliyə doğru getməkdir”, - Əliyev deyib.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol