• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 600 kq və daha ağır iribuynuzlu heyvanlara subsidiya veriləcək

Azərbaycanda 600 kq və daha ağır iribuynuzlu heyvanlara subsidiya veriləcək
07.09.2026 11:08

 

Azərbaycanda diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kiloqram diri çəkiyə 0,4 manat məhsul subsidiyası veriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. 

Qərar Aqrar Subsidiya Şurası tərəfindən intensiv kökəltmə təsərrüfatlarının inkişafı və heyvanların daha yüksək çəkidə kəsiminin təşviqi məqsədilə qəbul edilib.

Subsidiya almaq üçün heyvanın Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi, ölkədə doğulması və ya ən azı altı ay ölkə daxilində kökəldilməsi, identifikasiya və sığortasının aparılması, həmçinin qeydiyyatda olan kəsimxanada kəsilməsi tələb olunur.

Şura dəri və yun xammalının emala cəlb edilməsini təşviq etmək məqsədilə də yeni subsidiya mexanizmi müəyyən edib. Belə ki, emal müəssisələrinə təhvil verilən iribuynuzlu heyvan dərisinin hər birinə 3 manat, xırdabuynuzlu heyvan dərisinin hər birinə 0,3 manat, yunun hər kiloqramına isə 0,30 manat subsidiya veriləcək.

Bundan əlavə, heyvanların genetik potensialının yüksəldilməsi məqsədilə süni mayalanma subsidiyası diferensiallaşdırılacaq.

Yerli cins heyvanların süni mayalanmasından əldə edilən birinci nəsil buzovlara 75 manat, ikinci və sonrakı nəsillərə 150 manat subsidiya nəzərdə tutulur. Yerli damazlıq təsərrüfatların yüksək məhsuldar cins heyvanlarından alınan buzovlara 50 manat, embrion köçürülməsi nəticəsində əldə edilən buzovlara isə 250 manat subsidiya veriləcək.

Yeni subsidiya mexanizmləri heyvandarlıqda məhsuldarlığın artırılması, intensiv kökəltmə təsərrüfatlarının genişləndirilməsi, heyvanların daha yüksək çəkidə kəsiminin təşviqi və heyvan mənşəli xammalın emal sənayesinə cəlb olunmasına yönəlib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol