• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyi kosmetik məhsul alarkən diqqətli olmağa çağırıb

Səhiyyə Nazirliyi kosmetik məhsul alarkən diqqətli olmağa çağırıb
07.09.2026 11:54

 

Kosmetik məhsullar alarkən onların gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırılmasına və son istifadə tarixinə diqqət yetirmək tövsiyə olunur.

Bunu Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin həkim-gigiyenisti Orxan İsmayılov bildirib.

Onun sözlərinə görə, istehlakçının məhsulun təhlükəsizliyi ilə bağlı şübhəsi yarandıqda satıcıdan həmin məhsula aid gigiyenik sertifikatı tələb etmək hüququ var.

İsmayılov bildirib ki, kosmetik vasitələr dəri ilə birbaşa təmasda olduğundan onların düzgün seçilməməsi allergik reaksiyalara və dəri xəstəliklərinə səbəb ola bilər. O, qablaşdırmada istehsal və son istifadə tarixlərinin aydın göstərilməsinə diqqət yetirməyi, tarixi silinmiş məhsulları almamağı tövsiyə edib.

Gigiyenistin sözlərinə görə, qablaşdırmadakı açıq krem qabı simvolu və onun üzərindəki “6M”, “12M” kimi işarələr məhsulun qablaşdırması açıldıqdan sonra neçə ay ərzində istifadə oluna biləcəyini göstərir.

O, həmçinin kosmetik vasitələrin tərkibinin diqqətlə oxunmasının vacib olduğunu qeyd edib. Sintetik ətir maddələrinin həssas dəridə allergik reaksiyalara və qızartıya səbəb ola biləcəyini bildirən İsmayılov məhsulların tərkibinin, xüsusilə etiketin son hissəsinin diqqətlə nəzərdən keçirilməsini tövsiyə edib.

İsmayılov saxta və keyfiyyətsiz kosmetik məhsulların, xüsusilə dodaq boyası və göz kölgələrinin tərkibində ağır metalların ola biləcəyini də bildirib. Onun sözlərinə görə, kosmetik məhsulların mağazada güclü işıq və istilik mənbələrinin altında saxlanılmamasına diqqət yetirilməlidir.

Həkim-gigiyenist makiyaj və kosmetik vasitələrin başqa şəxslərlə paylaşılmamasını da tövsiyə edib.

“Makiyaj məhsullarının paylaşılması bakteriya, virus və göbələklərin bir şəxsdən digərinə keçməsinə səbəb ola bilər”, - deyə o bildirib.

Onun sözlərinə görə, xüsusilə tuş, göz qələmi, göz kölgəsi fırçaları, dodaq boyası, dodaq parıldadıcısı, dodaq qələmləri, tonal krem süngərləri və makiyaj fırçalarının ortaq istifadəsi infeksiya riskini artırır.

İsmayılov qeyd edib ki, kosmetik vasitələrin fərdi istifadəsi sağlamlıq baxımından ən təhlükəsiz seçimdir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol