• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda 67 yaşlı həkimin əmək müqaviləsinə xitam verilməsi araşdırılır

Lənkəranda 67 yaşlı həkimin əmək müqaviləsinə xitam verilməsi araşdırılır
07.09.2026 15:33

 

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında çalışan 67 yaşlı həkim-otorinolarinqoloq Etibar Məmmədovun əmək müqaviləsinə vaxtından əvvəl xitam verildiyi iddia olunur. Bu barədə həkimin oğlu, poliqlot Aslan Məmmədzadə sosial şəbəkə hesabında paylaşım edib.

Məmmədzadə bildirib ki, atası Lənkəran səhiyyə sistemində 40 il fəaliyyət göstərib. Onun sözlərinə görə, iki il əvvəl 65 yaşında təqaüdə çıxan E.Məmmədova xəstəxananın o vaxtkı baş həkimi kadr çatışmazlığı olduğunu bildirərək fəaliyyətini davam etdirməyi təklif edib. Həkim də bu təklifi qəbul edərək müqavilə əsasında işini davam etdirib.

Məmmədzadə iddia edib ki, daha sonra xəstəxanada rəhbərlik dəyişib və İnsan Resursları şöbəsinin müdiri Elbəy Fətəliyev atasına fəaliyyətini davam etdirməsi üçün müəyyən şərtlər irəli sürüb. Onun sözlərinə görə, bu şərtlər qəbul edilmədikdən sonra həkimin əmək müqaviləsinə müddətinin başa çatmasına altı ay qalmış xitam verilib.

Həkimin oğlu müqaviləyə xitam zamanı Əmək Məcəlləsinin tələblərinə əməl olunmadığını da iddia edib. O, atasının “yanlış maddə” ilə işdən çıxarıldığını, proses zamanı psixoloji təzyiq göstərildiyini və müvafiq prosedurlara riayət edilmədiyini bildirib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Aslan Məmmədzadə quruma dəvət olunaraq müraciəti dinlənilib.

TƏBİB qeyd edib ki, Etibar Məmmədovun əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin və müqavilənin tələblərinə uyğunluğu yoxlanılacaq və araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol