• $
  • €
  • ₽
  • ₺
  • £

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb
11.09.2026 19:02

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfərin həbs müddəti daha 7 gün uzadılıb.

Bu barədə "Report"a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.

Gəminin batması nəticəsində Şimali Kiprdə aparılan istintaq çərçivəsində növbəti məhkəmə iclası keçirilib.

Həsənoğlu bildirib ki, bu gün keçirilən məhkəmə iclasında gəmidə çalışan Azərbaycan vətəndaşı olan heyət üzvlərinə - Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətova qarşı ayrıca ittiham elan edilməyib. Onbun sözlərinə görə, hadisə ilə əlaqədar saxlanılan şəxslərlə bağlı "ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma" ittihamı üzrə istintaq aparılır:

"Azərbaycan vətəndaşları şübhəli şəxs qismində deyil, baş vermiş faciənin ən yaxın şahidləri kimi dindirilməlidirlər. Onların gəminin idarə olunması, texniki vəziyyəti və səfərə yararlılığı ilə bağlı qərarların qəbul edilməsində əsas səlahiyyət sahibi olmadıqları nəzərə alınmalıdır".

Həsənoğlu qeyd edib ki, gəmi heyətinin Azərbaycan vətəndaşı olan üzvləri digər məsul şəxslərdən fərqli olaraq gəmini yalnız son mərhələdə tərk edərək sərnişinlərə kömək göstərmək üçün öz həyatlarını riskə atıblar:

"Artıq vurğuladığım kimi, onlar şübhəli şəxs qismində deyil, faciənin ən yaxın şahidləri kimi dindirilməlidirlər. Hesab edirik ki, onların hadisə zamanı göstərdikləri davranış və sərnişinlərə kömək etmək cəhdləri istintaq zamanı hərtərəfli qiymətləndirilməlidir".

Cəmiyyət sədri əlavə edib ki, gəmi qəzasının təhqiqatını aparan istintaq qrupu hadisə baş verdiyi gündən bu günə qədər 300-ə yaxın izahat alıb.

Orxan Həsənoğlu Azərbaycan vətəndaşı olan heyət üzvlərinin hüquqlarının qorunması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol