• $
  • €
  • ₽
  • ₺
  • £

“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub

“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
16.09.2026 12:59

Çoxsaylı dələduzluq əməlləri törətməkdə təqsirli bilinən "Moon Kids" Uşaq Bağçasının təsisçisi və direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Musa Abdınov müdafiə çıxışı edib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu bildirərək, məhkəmədən ona bəraət hökmünün çıxarılmasını xahiş edib. 

Təqsirləndirilən şəxs son söz dedikdən sonra məhkəmə hökmü elan edib.

Hökmə əsasən, Havvaxanım Rüstəmova 3 il müəyyən vəzifə hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Fuad Musayev məhkəməyə təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, "Moon Kids" Uşaq Bağçasının təsisçisi və direktoru Rüstəmova Havvaxanım İmamət qızı xeyli sayda insandan işə düzəltmə və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə pul alaraq mənimsəməkdə ittiham olunub.

Rüstəmova Havvaxanıma qarşı Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb. 

Havvaxanım Rüstəmovanın cinayət işi üzrə 133 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlər arasında Dövlət Sosial Müdafiə Fondu da var.
Havvaxanım Rüstəmovanın işi üzrə zərərçəkmiş şəxslərə 428 min 375 manat ziyan vurub. 

Həvvaxanım Rüstəmova işçilərin sığorta ödənişindən yayınıb və bununla da o, Dövlət Sosial Fonduna 37 min manat ziyan vurub. 

Ümumilikdə iş üzrə ziyan 465 min manat ziyan var. 

Amma Həvvaxanım Rüstəmova həmin ziyanın böyük bir hissəsini ödəyib. Məhz bu səbəbdən o, ev dustaqlığına buraxılıb.

Havvaxanım Rüstəmova 2023-cü ildə "İlin ən uğurlu iş xanımı" nominasiyasına layiq görülüb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol