• $
  • €
  • ₽
  • ₺
  • £

Özbəkistan və Qazaxıstan prezidentləri gələn ay Azərbaycana gələcək

Özbəkistan və Qazaxıstan prezidentləri gələn ay Azərbaycana gələcək
17.09.2026 16:23

 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev gələn ay Azərbaycana səfər edəcəklər.

Prezident İlham Əliyev bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bildirib.

İlham Əliyev Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudova müraciətlə Şavkat Mirziyoyevə salamlarını çatdırmasını xahiş edib.

“Şavkat Miromonoviçə ən xoş arzularımı çatdırın. Həmçinin gələn ay onu Azərbaycanda keçiriləcək beynəlxalq tədbirdə gözləyirik”, - dövlət başçısı deyib.

Prezident həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin də gələn ay Azərbaycana səfər edəcəyini bildirib.

İlham Əliyev bunu Qazaxıstan Respublikası Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevaya deyib.

“Bu yaxınlarda Bişkekdə Kasım-Jomart Kemeleviçlə görüşdük və gələn ay onu yenidən Azərbaycanda gözləyirik”, - Prezident bildirib.

Qeyd edək ki, oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitinin keçirilməsi planlaşdırılır.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol